Sultan Yaqub
Əbül Müzəffər Sultan Yaqub bəy (1464-1490) — Ağqoyunlu sultanı Uzun Həsənin oğlu, Ağqoyunlu dövlətinin 3-cü hökmdarı, şair.
Sultan Yaqub haqqında sitatlar
redaktəO
redaktə- O, qardaşı tərəfindən Diyarbəkir hakimi təyin еdilmiş və qardaşı şah olduqdan sonra Azərbaycana gəlib, onun əlеyihinə çıxmışdır. Hicri-qəməri 883-cü il rəbiül-əvvəl ayının 14-də çərşənbə günü (1478, 15 iyun, bazar еrtəsi) Sultan Yaqub Xoy şəhəri kənarında qardaşını öldürüb, özü şah olmuşdur.[1]
- Məhəmmədəli Tərbiyətin "Danişməndani Azərbaycan" əsərində.
Ş
redaktə- Şahzadə Yaqub, Təbrizdən təzəcə çıxmışdı ki, güclü qar başladı. Ordudakı əsgərlər qara və qırmızı paltarlar içində fil rəngində bir meydançada şahmat atları kimi hərəkət edirdilər. Vanın şimal-şərqindəki Bəndi Mahiyə gəldikdə Süleyman bəy Bicənoğlu şahzadəyə qoşuldu və birlikdə Bitlis tərəfinə hərəkət etdilər. Yolda yenə qara yağdı və özlərini bir ribata çətinliklə atdılar. Tavaçının yolu açdırmasından sonra hərəkət etdilər. Yolun iki tərəfinə yığılan qar o qədər yüksək idi ki, dəvələr belə keçmirdi. Bitlis dağlarını keçib Veysəl Qaraninin türbəsinin olduğu yerə çatdıqda isə qar azalmışdı. Ərzincan yaxınlığına çatanda Qaraman oğlu Qasım Bəy ona qoşuldu. Bəşiri-yə çatdıqda isə Həsənkeyf valisi Möhrdar Şeyx Əli Bəy, Diyarbəkir valisi Abad Bəyin oğlu Məhəmməd Bəy, Mardin qalası hakimi Xalid gələrək hədiyyələrini təqdim etdilər. Burada Yaqub Qurban bayramını qeyd etdi (1 Zilhiccə 882 yəni 6 Mart 1478). Xalq şahzadə üçün meydanlarda qurbanlar kəsdi. Bəşiri-dən sonra Salad və Abarana gəldilər. Burada Diyarbəkir valisi Abad Bəy gələrək şəhərin açarlarını təqdim etdi. Sonra Ərgani, Xani, Atak, Əyil, Bagin, Silvan, Çərmük və Ruha kimi vilayətlərin hakimləyi gəlib hədiyyə verib bağlılığını bildirdilər. Şahzadə və rəiyyəti bir neçə gün sonra Amidə çatdı.[2]
- Əminəddin İsfahani