Tahir Salahov

Azərbaycan rəssamı

Tahir Teymur oğlu Salahov (29 noyabr 1928, Bakı – 21 may 2021, Berlin) — Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975-ci ildən), Sosialist Əməyi Qəhrəmanı (1989), SSRİ xalq rəssamı (1973), Azərbaycan SSR xalq rəssamı (1963), Rusiya Federasiyasının xalq rəssamı (1996), Azərbaycan SSR Dövlət mükafatları (1965, 1970), SSRİ Dövlət mükafatı (1980), Rusiya Federasiyasının Dövlət mükafatı (2012) laureatı.

Tahir Teymur oğlu Salahov



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


RRedaktə

SRedaktə

  • Sevimli insanın yanında olmaq, onunla eyni istiqamətə "baxmaq" xoşbəxtlik deməkdir.

Haqqında sitatlarRedaktə

  • Tahir Salahovun yaratdigi mənzərə və naturmortlar Azərbaycanın təbiətinin gözəlliyini və Vətənə olan sevgisini nümayiş edir. Heydər Əliyev
  • Tahir Salahov dunya miqyasli rassamdir, əsərləri dunyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Ən sevindirici hal odur ki, onun asərlərinin böyuk aksəriyyəti Azarbaycana həsr olunubdur.
  • Bizim üçün Tahir Salahov müasir təsviri sənətin böyük bir mərhələsi, əfsanəsidir. O, Sovetlər İttifaqının, Azərbaycanın və Rusiyanın, ümumdünya müasir təsviri sənətinin əfsanəsidir. Əksər hallarda rəssam digər insanlardan seçilir. Salahov isə cəmiyyətə, mədəni mühitə həmahəng olub. Bu da gözəl və nadir cəhətdir. O, müdrik insan, öz üslubunu yaratmış böyük rəssam olub. Hər rəssama öz üslubunu yaratmaq qismət olmur. Yəni, özünə xas olan, hamının anladığı sənət dilini yaratmaq hər kəsə nəsib olmur. Tahir Salahov hamını qovuşduran ümumbəşər incəsənəti yaradıb. Bizim akademiyanın 300-dən çox yaşı var. Akademiyamız üçün Tahir Salahov tarixi fiqur və böyük dəyərdir.
    • Andrey Zolotov, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti.
  • Mənim üçün Tahir Salahov həyatdan getməyib. Tahir Salahov dünya nəhəng rəssamını itirdi. O, təkcə rəssam kimi özünü yaratmamışdı, bir neçə nəsil üçün rəssamlar yetişdirmişdi. Tahir Salahov neçə-neçə rəssamlara öz həyatını, sənətə öz münasibətini verib. Tahir Salahovun haqqında keçmiş zamanda mənə danışmaq çox ağırdır!
    • Zurab Tsereteli, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, rəssam və heykəltəraş
  • Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir.
    • Pyer Karden, fransız modelyer

İstinadlarRedaktə