Ad batınca, var - dövlət batsın.
Ağıl olmayanda gözdən də kömək olmaz.
Ağacı elə kəsmə ki, başına düşsün.
Arvad yaxşı bişirəndə ər onu ömrünün sonuna qədər sevəcək.
Balığı tutanda başından yapış.
Bambukun yaxşısını dələ yeyər.
Bilib deməyin qiyməti iki biadır, bilib susmağınki - bir tamlınq qızıl. (Bia - Asiyanın cənubunda yayılmış pul vahidi; tamlınq - 60 qrama bərabər çəki vahidi)
Cavanlıqda var-dövlət dalınca qaçma.
Cəhd eləyən - var qazanar, tənbəl elə kasıb qalar.
Çətin işi qabağa sal, asanı saxla sonraya.
Çox bərk qaçarsan - büdrəyərsən, çox bərk əyilərsən - yıxılarsan.
Dəniz dərinliyini ölçmək olar, insan ürəyi dibsizdir.
Dəyib ötmüş meyvə turşuyar.
Dörd ayaqlı heyvan da büdrəyir, alim də səhv edir.
Düşmən yanında sayıq ol.
Düşməni görəndə xoş üzlü ol.
Düşmənin gücü sözlə azalmaz.
Evin söhbətini çölə çıxartma, çölün qeybətini evə gətirmə.
Evlilik, bir qala kimidir. Çöldəkilər oraya girmək üçün, içindəkilər də çölə çıxmaq üçün məşğul olar dayanarlar.
Gizləmək gərəkdirsə, sonadək gizlə.
Güclüyə hamı kömək eləyir, dara düşəndən hamı üz çevirir.
Günəş gərək işıldaböcəyə baş qoşmasın.
Fil hirslənəndə şıx yoldan.
Fil sürəni fil öldürür, timsah öyrədəni - timsah, ovsunçunu - ilan.
Filə qiymət vermək üçün gərək minib sürəsən.
Hələ gözlə ki, Menamın suyu qurusun. (Menam (Çaurayya) - Tailandın ən böyük çayıdır).
Həyəcanlananda həqiqəti görə bilməzsən.
İlanı qarğanın xatirinə öldürmə.
İstiotun tumu xırda da olsa acıdır.
İt səni qapıbsa, sən də əvəzində onu qapma.
Kralın qəzəbinə qəzəblə cavab vermə.
Küləyi sudan çox istəmə.
Qaçan fili quyruğundan saxlaya bilməzsən.
Qızı tanımaq istəyirsənsə, gərək anasını görəsən,; lap yaxından tanımaq istəyirsənsə, gərək nənəsini görəsən.
Qızılın saflığı məhək daşıyla bilinər.
Lağ eləyəni lağa qoyarlar.
Lələyi tökülmüş durnanın yeganə köməyi dimdiyidir, bir də caynağı.
Məhəbbət birliyə aparar, yalan ölümə.
Müəllimi üzə tərifləyərlər, dostu - arxada, işçini işdən sonra.
On dil bir gözə dəyməz, on göz bir yoxlayan ələ dəyməz.
Sənin balını yeyir, arxanca da deyir: "Güclə uddum, Borapet meyvəsi kimidir". (Borapet - çox acı meyvədir, Borapet bataqlığının adından götürülüb, orada çox bitir).
Soyuq dağı-daşı çulğayar, amma ürəyə girə bilməz.
Tamah bir qapıdan girəndə, xoşbəxtlik o biri qapıdan çıxır.
Tək-təkinə qabağa can atma.
Tək ucalan ağac hündürə qalxar.
Təsirsiz söz yağışsız ildırım kimidir.
Uşağı öpüb, ananın rəğbətini qazanarsan.
Üzdə sənə "plab" deyir, arxada - "tako". (Plab - şirin meyvə, tako - acı meyvə).
Yaxşı atı ancaq kürəyinə əl vurub tanımaq olar.
Zahidlə danışan gündə min yol ölər.