Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər. Nəsirəddin Tusi
Biz cavanlıqda sevmək üçün yaşayırıq. Qocalanda isə yaşamaq üçün sevirik. Şarl Sent-Everemon
Bütün ömrünü namusla yaşamaq istəyən insan cavanlıqda nəzərə almalıdır ki, bir vaxt onun özü də qoca olacaq və qocalanda yadında saxlamalıdır ki, vaxtilə onun özü də cavan olub. Samuel Conson
Cavanlıqda öyrənilən - daş yazısı, qocalıqda öyrənilən - qum yazısı. Özbək atalar sözləri
Cavanlıqda özümə söz verdim ki, nahara qədər dilimə bir damla spirtli içki dəyməyəcək. İndi artıq yaşlanmışam və səhər yeməyinə qədər bir damla spirtli içki dilimə dəyməməlidir qaydasına əməl edirəm. Uinston Çörçill