Tenzin Gyatso
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axtardığımız sükut və xoşbəxtliyi təmin edə biləcək yeganə şey mərhəmət və anlayışdır.
- Azadlıq mübarizəmizdə yeganə silahımız dürüstlükdür.
B
redaktə- Biz buna fikir versək də, verməsək də, hər şeyin altında bir sual yatır: Həyatın məqsədi nədir? Hər insan doğulduğu andan etibarən xoşbəxtlik istəyir, əzabdan qaçır. Bunu nə sosial şərtlər, nə təhsil səviyyəsi, nə də ideoloji şərtlər dəyişə bilir. Mövcudluğumuzun təməlində hər birimiz sadəcə olaraq xoşbəxt olmaq istəyirik. Əsas əhəmiyyətli olan şey, xoşbəxtliyi nəyin gətirəcəyini kəşf etməkdir.
- Böyük sevgi və böyük qazancların ancaq böyük risklər sayəsində əldə etmək mümkün olduğunu unutmayın.
- Bu həyatda ilk məqsədimiz digərlərinə kömək etməkdir. Əgər kömək etmirsinizsə, ən azından pislik etməyin.
- Buddizmi tətbiq etməklə, dərhal səmaya uçmağı, maddəni keçməyi və gələcəyi bilməyi gözləməyin. Təcrübənin əsas məqsədi möcüzəvi güclər əldə etmək deyil, insanın ruhuna hakim olmaqdır.
Ə
redaktə- Əgər bir problemin həlli varsa, edilə biləcək şeylər hələ tükənməyibsə, onda narahat olmaq üçün səbəb yoxdur. Əgər həll yoxdursa, bu zaman da narahat olmağın bir faydası yoxdur. Yəni, narahatlığın heç bir halda faydası yoxdur.
- Ən sevdiyiniz insanlara da hər gün gedə bilməz azadlığını verin ki, geri qayıtmaq və yanınızda qalmaları üçün bir səbəbləri olsun.
- Əsl hədəfiniz başqalarından daha yaxşı olmaq deyil, öz köhnə halınızdan daha yaxşı olmaqdır.
- Əsl qəhrəman öz qəzəb və nifrətinin öhdəsindən gələ biləndir.
H
redaktə- Hər səhər oyandığında özünə bunları deməyi unutma: Bu gün də oyandığım üçün şanslıyam, dəyərli həyatım var və bu həyatı boş keçirməyəcəyəm, bütün enerjimi özümü inkişaf etdirmək, qəlbimlə başqalarına çatmaq, hər kəsin yaxşılığını təmin edəcək şəkildə maariflənmək üçün istifadə edəcəyəm. Başqalarına qarşı xoş niyyətli olacağam, onlara qəzəblənməyəcək və haqlarında pis düşünməyəcəm.
- Həyatda ən həqiqi münasibət qarşındakı insana qarşı hiss etdiyin sevginin ona olan ehtiyacını keçdiyi sevgidir.
X
redaktə- Xoşbəxtliyin qaynağı nə pulda, nə də gücdədir. Xoşbəxtlik istiqanlı olmaqdadır.
İ
redaktə- İnsanlar həyatda qane olmaq və xoşbəxtlik üçün fərqli yollar seçirlər. Onların sizinlə eyni yolda olmamaları, yollarının səhv olduqları mənasına gəlmir.
Q
redaktə- Qaydaları yaxşı öyrən, bu yolla onları işə yarayan şəkildə poza bilərsən.
Ö
redaktə- Öz daxilimizdə sülh yaratmadan, xariclə sülhdə ola bilmərik.
S
redaktə- Sevgi və mərhəmət lüks yox, ehtiyacdır. Bunlar olmasa, bəşəriyyət mövcud ola bilməz.
- Susmaq bəzən ən yaxşı cavabdır.
T
redaktə- Tibet dilində bir söz var: “Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır.” Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir.
Ü
redaktə- Ürək açıqlığı, həm də zehin açıqlığıdır.
Z
redaktə- Zamanın qarşısını almaq mümkün deyil. Bir səhv etdiyimizdə zamanı geri qaytarıb, hər şeyi yenidən başlaya bilmərik. Edə biləcəyimiz yeganə şey indiki zamandan yaxşı istifadə etməkdir.