A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Bir idarəçi, texniki bacarıqlarını və qabiliyyətlərini əsla işçiləri ilə yarışdırmamalıdır. Əgər o idarəçidirsə, bir çox cəhətdən işçidən üstün olmalıdır. Əgər deyilsə o pozisiya onun haqqı deyil demək ki. Cek Ma
  • Dağları yerindən oynatmaq üçün kifayət qədər texniki gücün olduğu yerdə, dağları yerindən oynadan inançlara ehtiyac yoxdur. Erik Hoffler
  • Nə üçün biz texniki institutlarda materialların müqavimətini öyrənirik, pedaqoji institutlarda isə şəxsiyyətin müqavimətini (onu tərbiyə etməyə başlayanda) öyrənmirik?[1] Anton Makarenko
  • Zorakılıq vasitələrinin texniki inkişafı indi o həddə çatıb ki, heç bir siyasi məqsəd bu vasitələrin dağıdıcı potensialına bərabər olmayan və ya bu silahlı münaqişələrdə bu vasitələrdən istifadəni əsaslandıra bilməz. Hanna Arendt

İstinadlar

redaktə
  1. Xəzinə.Bakı,1997. səh.341