Turqut Uyar
Doğum tarixi 4 avqust 1927
Doğum yeri Ankara
Vəfat tarixi 22 avqust 1985
Vəfat yeri İstanbul
Dəfn yeri Aşiyan qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə.
  • Bəlkə də əsl ustalıq budur — hər zaman təcrübəsiz olmağı bilmək.
  • Bəlkə yağışa da ehtiyac qalmazdı; insanlar bu qədər kirli olmasaydı.
  • Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən.
  • Bir insan, bir insani yalnız ikən xatırlayırsa, sevməmişdir. Qəfil ağlına gətirib özünü yalnız hiss edirsə, bax, o zaman sevmişdir.
  • Bir yağış yağsa da, birlikdə islansaq..
  • Bilirik nəyi bölüşdüyümzü; danışmasaq da.
  • Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik.
  • Gün gələr, hər kəs sevdiyini anlayar, qaşla-göz arasında.
  • Hamı nə vaxt ölür? Əlbəttə, gülünün solduğu axşam.
  • Hər kəs tərgitsin sənin üçün ölərəm sözlərini! Əvvəlcə özünüz üçün yaşamağı öyrənin, ondan sonra başqası üçün ölərsiniz.
  • "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər.
  • İnsan, ən çox səhərlər axtarar sevdiyi qadını.
  • İşləməyən bir saatdır ürəyim; həmişə səndə dayanır.
  • Qadınları xoşbəxt etməyin 20 yolu deyə bir sıra lazımsız xəbərlər çıxır. Bir bənd açıqlayıram: Dürüst olun yetər.
  • Mən, əslində hər şeyi sonradan öyrəndim. Hər kəs, hər kəsi sonradan öyrənirmiş; bunu da sonradan öyrəndim.
  • Nə edək?! Heç olmazsa, bağışlayaq bir-birimizi.
  • Sən hara, mən də ora; addım-addım. İnsan sevdikcə yaxşılaşır, artıq anladım.
  • Sentyabr yığışıb getdi. Oktyabr filan da gedər bu gedişlə.
  • Yalnız, dayansa anlaşılar saatın neçə olduğu.
  • Yüz dildə "səni sevirəm" desən nə fayda?! Bir dildə adam kimi sevmədikdən sonra..

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə