Bir qədər sağlam düşüncə, bir qədər səbr, bir qədər yumor hissi – və bunlarla çox rahat şəkildə bu dünyada yaşamaq olar.
Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır.
Doğru deyil ki, guya əzablar insan xarakterini nəcibləşdirir. Bunu yalnız xoşbəxtlik edə bilər., o da nadir hallarda, əzablar isə çox vaxt insanı xırdaçı və kinli edir. [2]
Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın.
Düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir.
Düşünürəm ki, Tanrı ya mənim daxilimdə, ya da heç bir yerdədir.
Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir.
Əzabların xarakteri zənginləşdirdiyi düzgün deyil. Bunu bəzən xoşbəxtlik bacarır. Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir.