Vəfa Quluzadə
Azərbaycanlı dövlət xadimi, politoloq
Vəfa Quluzadə (tam adı: Vəfa Mirzəağa oğlu Quluzadə; d. 21 dekabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1 may 2015, Bakı, Azərbaycan) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri.
Vəfa Quluzadə | |||
Tam adı | Vəfa Mirzəağa oğlu Quluzadə | ||
Doğum tarixi | 21 dekabr 1940 | ||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vəfat tarixi | 1 may 2015 | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Dəfn yeri | Yasamal qəbiristanlığı | ||
|
Sözləri
redaktə- Ermənistan Moskvaya yalnız lazım olduğu halda istifadə edilən tualet kağızı kimidir.[1]
- Ermənistanın siyasi elitası və ideologiyasını özü deyil, tabe olduğu mərkəz formalaşdırır.[2]
- Yaxın gələcəkdə İslam dəyərləri bütün dünyada qalib gələcək və yenilənmiş, müasirləşmiş islami pirinsiplərə əsaslanan İslam qurulacaqdır.[3]
- Sovetlər vaxtında dinə qadağalar qoyuldu. Məscidlər söküldü, alimlər sürgünlərə məruz qaldılar. Buna baxmayaraq İslam dinini aradan apara bilmədilər. Çünki, din o zaman evlərdə və qəlblərdə idi.[3]
- Mən həmişə ümummilli mövqelərdən, xalqımın, millətimin mövqeyindən çıxış etmişəm. Axıra qədər də belə olacaq...[4]
- Mən nə iqtidardayam, nə müxalifətdə. "Oturmuşam samovardan yuxarı, Dəyir mənə samovarın buxarı..."[4]
- Ruslar erməni adı altında Azərbaycanın 20 faizini işğal ediblərsə, dostluq adı ilə Ermənistanın 100 faiz torpağını işğal ediblər.[5]
- Mən rus xalqının əleyhinə deyiləm, amma çarların vaxtından onlar kölə olublar.[6]
- Rus imperiyası tərkibində olan bütün xalqları müflis edib. Torpaqlarını dağıdıb. Çörəklərini də yeyibdir.[7]
- Mən Azərbaycan mətbəxini bir nömrəli hesab edirəm.[7]
- Azərbaycan kimi mürəkkəb yerdə, inanmıram ki, Heydər Əliyevdən başqası baş çıxara bilərdi. O, gəlməsəydi, dövlət baş tutmayacaqdı.[6]
- Qısa müddətli Əbdürrəhman Vəzirovun hakimiyyəti heç nə idi, o, heç nəyi dəyişə bilmədi.[2]
- Elçibəyin hakimiyyətə gəlməsi heç bir şeyə əsaslanmırdı.[2]
- O insan ki, özünü Allahın qulu hesab edir, o heç kəsin qulu ola bilməz.[2]
- O (Əbülfəz Elçibəy), ziyalı adam idi, özü də şərq ziyalısı. Əbülfəz ədəbiyyatı bilirdi, türkpərəst idi.[8]
- Xədicə Abbasovanın oxuduğu “Sıravi Əhməd” mahnısı mənim sifarişimlə yazılmışdı.[2]
Vəfa Quluzadə haqda sitatlar
redaktə- Vəfa yüksək səviyyəli peşəkar idi. Diplomatiya sahəsində böyük xidmətləri var idi. Həm dövlət, həm də xalq üçün gördüyü işlər çox müsbət olub. Həmçinin onun fəaliyyəti gənc nəsil üçün örnək kimi qalacaq. - Fikrət Sadıqov.[9]
- Dərin məntiqi, maraq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi. - Aydın Mirzəzadə.[10]
- Rusiyanın ekspansionist siyasətinin qənimi idi. - Elxan Şahinoğlu.[10]
- Vəfa müəllim ümumxalq məhəbbətini daha çox o zaman qazandı ki, Azərbaycan hakimiyyətinin Qarabağla bağlı ciddi güzəştə hazırlaşdığı ATƏT-in İstanbul sammiti (1999-cu il) ərəfəsində bu xəyanətdə iştirakdan imtina edərək dövlət müşaviri vəzifəsindən istefa verdi. - Əli Kərimli.[11]
- Demokratiya bu sistemin daxilindən gəlməyəcək və Azərbaycanı 150 il getdiyi Avropa yolundan döndərənlərdən Avropaya və ABŞ-a dost olmaz. Anar Məmmədxanov və Vəfa Quluzadənin faciələri onda idi ki, onlar bunu çox gec anladılar, amma hər ikisi böyük şəxsiyyət idilər. - İlqar Məmmədov.[12]
- Xarici siyasət məsələləri üzrə Dövlət Müşaviri Vəfa Quluzad professional diplomat idi, xarici siyasətin incəliklərinə bələd idi, millətpərəstliyinə şübhə ola bilməzdi, ingiliscə sərbəst danışırdı. - Hafiz Paşayev[13]
- Quluzadə, həmçinin, dövlət strukturunda siyasi manevrlər etməkdə məharətli idi. Bütün bu xüsusiyyətlərinə baxmayaraq, hakim dairələrdə Quluzadəyə keçmiş strukturun nümayəndəsi kimi baxılırdı. - Hafiz Paşayev.[13]
- Dövlət Müşaviri çox vaxt rəsmi söhbətlərə müdaxilə edər, Prezidentin nitqini rəndələməkdən çəkinməzdi.Çoxlarının diqqətindən yayman bu hal, əslində, müsbət nəticələnərdi. - Hafiz Paşayev[13]
İstinadlar
redaktə- ↑ Vəfa Quluzadə: Ermənistan tualet kağızı kimidir - MÜSAHİBƏ
- ↑ 2,0 2,1 2,2 2,3 2,4 Vəfa Quluzadə: “Ermənistanı bataqlıqdan çıxmağa qoymayacaqlar” - MÜSAHİBƏ
- ↑ 3,0 3,1 AİP-in 20 illiyi ilə əlaqədar Politoloq Vəfa Quluzadə müsahibə verib
- ↑ 4,0 4,1 Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə müsahibə verib
- ↑ Vəfa Quluzadə: “Ramil Səfərov cinayətkar olmayıb”-MÜSAHİBƏ
- ↑ 6,0 6,1 “Heç vaxt dissident olmamışam” - BRİFİNQ - FOTO
- ↑ 7,0 7,1 Vəfa Quluzadə: “Türkiyədən siyasi sığınacaq istədim, vermədilər” - MÜSAHİBƏ
- ↑ “Heç vaxt dissident olmamışam” - BRİFİNQ - FOTO
- ↑ “Vəfa Quluzadə Qarabağın sirrini bilirdi…” – Politoloqlar danışdı
- ↑ 10,0 10,1 Bu ölüm hər kəsi sarsıtdı: “Düşünən beyini itirdik”
- ↑ Vəfa Quluzadənin ölümü millətimizin itkisidir
- ↑ İlqar Məmmədov Vəfa Quluzadənin vəfat ilə bağlı başsağlığı verdi
- ↑ 13,0 13,1 13,2 Bir səfirin manifesti