Vasili Suxomlinski
Vasili Aleksandroviç Suxomlinski (1918–1970) — Sosialist Əməyi Qəhrəmanı, Ukraynalı yazıçı, sovet pedaqoqu.
Vasili Suxomlinski | |||
Doğum tarixi | 28 sentyabr 1918 | ||
Doğum yeri | Vasylivka | ||
Vəfat tarixi | 2 sentyabr 1970 | ||
Vəfat yeri | Pavlysh | ||
Dəfn yeri | Pavlysh | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaqlar və gönüqalınlar günahın əzabını hiss etməzlər.
- Ailə həyatında sevilən birinin düşüncələri, inancları, hissləri, istəkləri ilə hesablaşmaq lazımdır. Ləyaqətinizi qoruyub bir-birinizə təslim olmağı bacarmalısınız.
- Ailə insanın yaxşılıq etməyi öyrənməli olduğu əsas mühitdir.
B
redaktə- Başqalarının qayğısını çəkə-çəkə ömrü başa vuranlar ən gözəl, ən xoşbəxt insanlardır.
Ə
redaktə- Əgər sən özünü bir işə məcbur edə bilmirsənsə və özünə tələbkarlıqla yanaşa bilmirsənsə, başının üstündə yüz müəllim də dursa əlindən bir şey gəlməyəcək.
- Əgər sənin uşaqlarını pisləyirlərsə, deməli, sənin haqqında da pis danışırlar.
- Ən çətin iş gündəlik, çoxillik əməyə mərdliklə qatlaşmaqdır. Özün üçün mərdliyin idealını tap və onu dönə-dönə izlə.
F
redaktə- Fikirsiz, qiraətsiz, zehni gərginliksiz keçən gün boş yerə yaşanmış gündür.
X
redaktə- Xudpəsəndlik məhəbbəti zəhərləyən dəhşətli qüsurdur.
İ
redaktə- İdman hər kəsin sevimli məşğuliyyətinə çevrildikdə təhsil vasitəsinə çevrilir.
- İnsan mənəviyyatında elə keyfiyyətlər vardır ki, insan bunlarsız həqiqi tərbiyəçi ola bilməz. Həmin keyfiyyətlər içərisində uşağın mənəvi aləminə nüfuz etməyi bacarmaq birinci yerdə durur. Yalnız özünün uşaq olduğunu heç vaxt unutmayan adam həqiqi müəllim ola bilər. Bir çox müəllimlərin bədbəxtliyi ondadır ki, onlar şagirdin hər şeydən əvvəl idrak, yaradıcılıq, insani qarşılıqlı münasibətlər aləminə qədəm qoyan canlı insan olduğunu unudurlar.
- İradəsizliyin ən xırda əlamətlərini — şıltaqlığı, incikliyi, çılğınlığı, xəstə xudpəsəndliyi öz daxilində boğ. Onların toxumlarından fərdiyyətçilik törəyir.
- İstənilən işçini — gözətçidən tutmuş nazirə qədər — eyni, hətta daha bacarıqlı işçi ilə əvəz edilə bilər. Yaxşı atanı eyni dərəcədə yaxşı ata əvəz edə bilməz.
K
redaktə- Keçmişi olmayanın gələcəyi ola bilməz.
Q
redaktə- Qadına münasibət — namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır.
- Qadının müdrikliyi və dəyanəti kişiyə namusluluq tərbiyə edir.
- Qızı qadın kimi sevməzdən əvvəl, onu insan kimi sev.
M
redaktə- Məhəbbət qızğın hissdir, lakin ağıl, düşüncə bu hissin anası olmalıdır.
- Musiqi güclü düşüncə mənbəyidir. Musiqi təhsili olmadan, tam zehni inkişaf.
N
redaktə- Nəcib hisslər — vicdanın ən sədaqətli keşikçisidir.
- Nikah nəinki mənəvi ittifaq, həm də maddi bünövrədir.
O
redaktə- Oğlanlarda və cavanlarda üç şeyi təsdiq etmək lazımdır — kişi vəzifəsi, kişi məsuliyyəti, kişi ləyaqəti.
Ö
redaktə- Özünə vurulmuş adam əsl məhəbbətlə sevə bilməz.
P
redaktə- Pisliklə barışmaq mənəviyyatsız adama çevrilmək deməkdir.
R
redaktə- Ruhun gücü insanı yenilməz edir.
S
redaktə- Sevgi, ilk növbədə, məsuliyyətdir, sonra isə həzzdir, sevincdir. Sevginin xoşbəxtliyi insan üçün böyük məsuliyyətdədir.
T
redaktə- Tərbiyəçinin ən qiymətli keyfiyyətlərindən biri insanlıqdır, uşaqlara dərin məhəbbətdir, atanın, ananın səmimi nəvazişi ilə müdrik ciddiliyini və tələbkarlığını özündə birləşdirən məhəbbətdir.
U
redaktə- Uşaqlar gözəllik, oyunlar, nağıllar, musiqi, rəsm, fantaziya, yaradıcılıq dünyasında yaşamalıdırlar. Biz oxumağı və yazmağı öyrətmək istəyəndə belə, bu dünya uşağı əhatə etməlidir. Bəli, biliyə gedən bütün yol uşağın bilik nərdivanının ilk pilləsinə qalxaraq necə hiss edəcəyindən, nələr yaşamasından asılıdır.
- Uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir.
- Uşağın beyni haqqında düşünəndə üzərində şeh damcısının titrədiyi zərif qızılgül çiçəyi təsəvvür edilir. Elə qayğı və incəlik lazımdır ki, bir çiçək yığdıqdan sonra bir damla düşməsin.
Y
redaktə- Yüz müəllimi üzərinizə qoyun — əgər özünüzü məcbur edə və özünüzdən tələb edə bilməsəniz, onlar gücsüz olacaqlar.
İstinadlar
redaktəMənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı,2005.