Vikisitat:Sürətli silmə
Bu səhifə Vikisitatın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün Vikisitatçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikisitatçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilib.
- Səsvermə müddəti: 16 avqust — 23 avqust 2021
- Qüvvədədir: 24 avqust 2021-ci ildən
Sürətli silmə kriteriyaları — idarəçilərin silinmə müzakirəsi aparmadan məqalələrin, faylların, kateqoriyaların və s. sürətli, birbaşa silməsi hallarını müəyyən edən təlimatdır. Hər bir istifadəçi səhifələrə qaydanın müvafiq bəndlərini əsas göstərərək sürətli {{sil}} şablonunu əlavə edə bilər. Silinmiş səhifələrin idarəçilər tərəfindən bərpa olunması mümkündür.
Kriteriyaların siyahısı
Ümumi
Ü1. Heç bir məna ifadə etməyən
Bu kriteriya məzmunu anlaşıqlı olmayan səhifələrə aid edilir. Məsələn, hfiüuefheib, f2e4fe96f1.
Ü2. Test səhifələri
Bu kriteriya Vikisitat funksiyalarını yoxlamaq üçün yaradılan səhifələrə tətbiq olunur. Məsələn, '''Qalın mətn''', [[Fayl:||]].
Ü3. Vandalizm
Bu kriteriyaya Vikisitata zərər vurmaq məqsədilə təhqir və söyüş məzmunlu, yaxud saxtakarlıq ehtiva edən və digər bu qəbildən olan səhifələr aid edilir.
Ü4. Müzakirə nəticəsində silinən səhifənin yenidən yaradılması
Bu kriteriyaya müzakirə ilə silinməsi qərara alınan səhifənin məzmunu və başlığı ilə tamamilə eynilik və ya oxşarlıq təşkil edən məqalələri əhatə edilir.
Ü5. Texniki silmələr
Bu kriteriya aşağıdakılar aiddir:
- Ad dəyişməyə maneə yaradan istiqamətləndirmə səhifələrinin silinməsi.
- Birmənalı şəkildə yanlış ad fəzasında yaradılan səhifələr.
- Tərk edilmiş, istifadə olunmayan şablonlar.
Ü6. Müəllif istəyi ilə silinmə
Bu kriteriyaya istifadəçinin şəxsi səhifəsi, yaratdığı alt səhifələr, qaralama səhifəsi, test məqsədilə yaratdığı səhifə (vacib qismi yazar tərəfindən yaradılıbsa) və digər bu qəbildən olan səhifələr aid edilir.
Ü7. Silinmiş və ya mövcud olmayan səhifələrdən asılı səhifələr
Məsələn:
- Mövcud olmayan səhifəyə aid müzakirə səhifəsi
- Əsas səhifəsi olmayan alt səhifələr
- Müvafiq faylı olmayan fayl səhifələri
- Heç zaman mövcud olmamış, yaxud silinmiş səhifələrə olan istiqamətləndirmələr
- Boş kateqoriyalar
- Silinmiş ya da istiqamətləndirmə səhifəsinə çevrilmiş şablonlardan ibarət kateqoriyalar
Ü8. Fondun tələbi
Müstəsna hallarda Vikimedia Fondu səhifəni tez bir zamanda silmək hüququnu özündə saxlayır. Bu tip silinmələr fondun icazəsi olmadan geri qaytarılmamalıdır.
Ü9. Alçaldıcı, hədələyici, təhdid və ya təqib edən məzmuna malik səhifələr
Bu kriteriyaya uyğun gələn səhifələr tarixçəsində geri qaytarmaq, bərpa etmək üçün neytral bir versiya olmadıqda sürətlə silinməlidir.
Ü10. Spam
Vikisitatda neytrallıq qaydasını pozan qeyri-leqal reklamdır. Bir qayda olaraq məzmuna aidiyyatı olmayan reklam məqsədli xarici keçidlərin əlavə olunması spam hesab olunur. Spam dərhal silinməli, onun yayıcıları isə bloklanmalıdırlar.
Ü11. Birmənalı şəkildə müəllif hüquqlarının pozulması
Səhifənin məzmunu tamamilə müəllif hüququ ilə qorunursa səhifə silinməlidir. Lakin səhifənin bir qismində müəllif hüququ pozuntusu varsa, həmin məzmun çıxarılmalı və reviziyonlar silinməlidir.
Ü12. Tərk edilmiş qaralamalar
Yaradılmış səhifə üzərində 1 həftə ərzində istifadəçilər tərəfindən heçbir redaktə edilmirsə və qaralama vəziyyətindədirsə birbaşa silinə bilər. Əgər səhifədə {{iş gedir}} şablonu varsa və son redaktə tarixindən 2 həftə keçməsinə baxmayaraq hələ də qaralama vəziyyətindədirsə birbaşa silinməsi mümkündür.
Məqalələr
M1. Məzmunu Vikisitata uyğun olmayan məqalələr
Bu kriteriyaya məzmunu Vikisitata ilə əlaqəli olmayan səhifələr aiddir. Məsələn, Vikipediya məqalələri, sərəncamlar, sözün lüğət tərkibi ilə bağlı materiallar və s. Nəzərə almaq lazımdır ki, Vikisitat aforizmlər, məşhur adamların söylədikləri, atalar sözləri, qanadlı, mnemonik ifadələr və devizlər saxlanan kataloqdur.
M2. Məzmunu Azərbaycan dilində olmayan və ya maşın tərcüməsi olan məqalələr
Bu kriteriyaya məzmunu başqa dildə olan, və ya maşın tərcüməsi olan səhifələr aiddir. Əgər Vikisitata töhfə vermək istəyirsinizsə, əvvəlcə öz qaralama səhifənizdə işləməklə, tərcümə edilən məzmunun tələbləri ödəməsini təmin edə bilərsiniz.
M3. Məzmunsuz məqalə
Bu kriteriya yalnız xarici keçidlərdən, kateqoriya etiketlərindən, "Həmçinin bax" bölmələrindən, məqalənin adının aid olduğu şəxs, qrup və s. ilə bağlı məlumat verməyə cəhd olunmasından, söhbət tipli şərhlərdən, şablonlardan və ya fayllardan ibarət məqalələrə aiddir.
M4. Mövcud olan bir mövzunun dublikatı və ya oxşarı olan yeni yaradılmış məqalələr
Bu kriteriya Vikisitatda mövcud olan mövzunu təkrarlayan səhifələrə aiddir. Çox hallarda dublikat məqalələr üçün seçilən ad həmin məqalənin alternativ adı şəklində olur. Belə məqalələri silmək əvəzinə istiqamətləndirməyə çevirmək lazımdır.
İstiqamətləndirmələr
İ1. Yararsız istiqamətləndirmələr
Bu kriteriyaya aşağıdakılar aiddir :
- Adı səhv yazılmış istiqamətləndirmələr.
- Adında hərf səhvləri olan istiqamətləndirmələr.
- Mövcud istiqamətləndirmənin adına yaxın istiqamətləndirmə səhifəsinin mövcud olması.
- Fayl ad fəzasından Vikianbardakı fayla yönləndirmə.
Kateqoriyalar
K1. Boş kateqoriyalar
Bu kriteriya boş qalan kateqoriyalar üçün istifadə olunur.
K2. İstiqamərləndirmə, ad dəyişdirmə və ya birləşdirmə
Ad dəyişdirmə və ya birləşdirmə nəticəsində istiqamətləndirməyə çevrilmiş kateqoriyalar sürətli silinə bilər. Habelə istiqamətləndirmə halında olan bütün kateqoriyalar bu kriteriyaya aiddir.
K3. Təkrarlanan kateqoriya
Bu kriteriya Vikisitatda mövcud olan kateqoriyanın dublikatı olan və ya onu təkrarlayan kateqoriyalara aiddir.
Dublikat kateqoriyalar adətən mövcud kateqoriyanın ehtimal olunan səhv yazılması və ya alternativ adı şəklindədir.
İstifadəçi səhifələri
İS1. İstifadəçi istəyi
Şəxsi istifadəçi səhifələri və onun alt səhifələri (istifadəçi müzakirəsi istisna olmaqla) istifadəçilərin öz istəyi ilə silinə bilər. İstifadəçi müzakirə səhifələrinə bu kriteriya tətbiq oluna bilməz.
İS2. Qeydiyyatsız, mövcud olmayan istifadəçi
Bu kriteriyaya qeydiyyatdan keçməyən istifadəçi səhifələri və istifadəçi səhifələrinə yönləndirmələr aiddir.
İS3. Azad olmayan fayllardan ibarət albom
Azad istifadə qaydalarına uyğun olmayan və ya azad olmayan fayllardan ibarət albom yerləşdirilmiş istifadəçi səhifələri Vikisitatın azad məzmun siyasətini pozduğu üçün bu kriteriya ilə sürətli silinə bilər. Hətta əgər fayl/məzmun istifadəçi tərəfindən yüklənsə belə bu qayda pozuntusudur, lakin ictimai domenlə və ya azad lisenziya ilə yayımlanan fayllar qəbul ediləndir.
İS4. Vikisitatın reklam, təbliğat və bu kimi məqsədlərlə istifadəsi
Bu kriteriyaya aşağıdakılar aiddir :
- Reklam və ya spam tərkibli səhifələr.
- Təbliğat.
- İstifadəçi səhifələrinə böyük məzmunda bioqrafik məlumatların yerləşdirilməsi.
Fayllar
Qeyd : Hazırda Vikisitata lokal olaraq fayl yükləmək mümkün deyil. Digər ad fəzalarında fayların istifadəsinə aid məsələlər barədə müvafiq başlıqlarda məlumat verilmişdir.