Vikisitat:Səsvermə
(Vikisitat:SV səhifəsindən yönləndirilmişdir)
Bu səhifə Vikisitatın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün Vikisitatçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikisitatçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilib.
- Səsvermə müddəti: 3 aprel — 10 aprel 2021
- Qüvvədədir: 11 aprel 2021-ci ildən
Səsvermə — bu səhifədə səsvermə qaydaları barədə məlumat ala bilərsiniz. İdarəçilərin seçilməsi və Vikisitat qaydalarının qəbulu üçün səsvermələr bu prinsip ilə tənzimlənir.
- Arxivdəki səsvermələrə buradan baxa bilərsiniz.
İstifadəçilərin səsvermə hüquqları
- İstifadəçi başqa istifadəçinin yerinə səs verə bilməz.
- Bir neçə qeydiyyat adına malik olan istifadəçi yalnız bir adla səs verə bilər.
- Səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər.
- Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün o, səsvermənin başlandığı tarixdən ən azı 1 ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 50 redaktə etmiş olmalıdır.
- Qeyd: İstifadəçinin öz səhifəsində və müzakirə səhifəsindəki redaktələri minimum redaktə sayına daxil deyil.
Səsvermənin nəticələrinin hesablanması
Səsvermə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burada iki hal istisnadır:
- İdarəçi seçkisində idarəçi namizədinə qarşı səsverənlərin sayı ümumi səsverənlərin 1/3-ni keçdikdə istifadəçi seçilməmiş sayılır. İstifadəçi səsvermənin sonunda sadə çoxluq ilə irəlidə olarsa, səsvermə müddəti əvvəlki səsvermə müddətindən çox olmamaq şərti ilə bir dəfə artırılır və istifadəçi artırılmış vaxtda lazımi miqdarda səs ala bilməmişsə, uduzmuş hesab edilir.
- Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).
İdarəçi seçimi üçün aparılan səsvermələrdə hər bir istifadəçi 3 dəfə namizədliyini irəli sürə bilər. İdarəçi seçilmiş və sonradan üzrlü səbəblərdən bu statusdan çıxmış şəxslər həmçinin namizədliyini 3 dəfə verə bilər.
- Qeyd: Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir.
Səsvermə müddəti
Bütün səsvermələr 1 həftə müddətinə keçirilir.
İdarəçi namizədliyi barədə
İdarəçilər sırasına daxil olmaq istəyən istifadəçi eyni zamanda aşağıdakı tələbləri ödəməlidir:
- Azərbaycan dilindəki Vikisitatda qeydiyyat stajı 3 aydan az olmamalıdır.
- Redaktələrinin sayı 500-dən az olmamalıdır.
- Əvvəllər blok almış istifadəçilərin, aldıqları blokun müddətinin bitməsindən 6 ay sonra və alınmış blokun səbəblərini başa düşdüklərini və buna səbəb olmuş hərəkətlərə bir daha yol verməyəcəklərini bəyan etdikləri təqdirdə, idarəçi seçilmək üçün namizədlikləri irəli sürülə bilər. Namizədlik irəli sürüldükdən və ya idarəçi seçildikdən sonra yuxarıda göstərilmiş qayda pozularsa, bu bənddə göstərilmiş şərtin yerinə yetirilmədiyi hesab olunur və idarəçi seçkisi etibarsız sayılaraq idarəçinin statusu alınır.