Vilhelm Şvebel
Vilhelm Şvebel — alman alimi, publisist.
Vilhelm Şvebel | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı arvad ərinin nə istədiyini soruşmaz. O bilir.
B
redaktə- Bəşəriyyətin tarixi yer üzündəki şərlərin tarixidir.
D
redaktə- Demokratik cəmiyyətin vətəndaşlarda yaratdığı ən güclü hiss çoxluğun qərarları qarşısında acizlik hissidir.
- Duyğular adətən bir müddət sonra keçir. Amma onların etdikləri qalır.
E
redaktə- Eksperiment bir şəxs tərəfindən fövqəladə vəziyyətin yaradılmasıdır, onun köməyi ilə adi hadisələrin mexanizmləri aşkar edilir.
Ə
redaktə- Əgər həqiqəti ancaq pıçıltı ilə danışmaq olarsa, deməli, ölkə düşmənlər tərəfindən əsir götürülüb.
- Ən təsirli qanunlar yazılmamış qanunlardır.
H
redaktə- Heç bir əbədiyyət insan həyatından uzun sürmür.
- Hətta ən ağıllı aforizmlər belə, daha yaxından araşdırıldıqda gözəl və yaxşı qurulmuş boş sözlər olur.
- Hökmdarların qorxusu nadir hallarda onların zəkasının qorxusudur.
X
redaktə- Xalqın tarixi həm də onun vəsiyyətidir.
- Xütbələrə qulaq asarkən unutmayın ki, şeytan da mələk dilində danışa bilər.
İ
redaktə- İnsan hüquqlarıi barədə çox danışanlar yalnız öz maraqlarının təminatı hüququnu nəzərdə tuturlar.
- İnsan nə qədər çox bilirsə, bir o qədər az fikir paylaşır.
K
redaktə- Kim vaxtında başını reallıqdan gizlətməzsə, bu onun kəlləsini sındırar.
Q
redaktə- Qadının kişiyə verə biləcəyi əsas şey, özünü tapmaq, özünü saxlamaq imkanıdır.
- Qaliblər və uduzanlar tarixdən fərqli dərslər alırlar.
- Qaliblərin yazdıqları tarix kitabları məğlub olanların məğlubiyyətdən düzgün dərs almasının qarşısını almaq üçün nəzərdə tutulub.
- Qanunlara əməl edilməməsinin nəticələri vicdan əzabı olduqda qanunlarla idarə etmək daha asandır.
- Qarşılıqlı hörmət o zaman yaranır ki, sərhədlər çəkilsin və ona hörmətlə yanaşılsın.
M
redaktə- Mətbuatın gücü onun oxucularının sadəlövhliyi ilə düz mütənasibdir.
- Müasir dünya pulu olan cinayətkarı namuslu insan kimi qəbul edir.
N
redaktə- Nə qədər ki, insanlar təbiətin sağlam ağlına qulaq asmayıb, ya diktatorlara, ya da xalqın fikrinə tabe olmaq məcburiyyətində qalacaqlar.
S
redaktə- Sivilizasiya nə qədər uzaqlaşarsa, hər bir nəsil növbəti nəsildən bir o qədər çox qorxmalıdır, çünki onun etdiyi səhvlər öz səhvlərindən qat-qat pis olacaqdır.
- Sivilizasiya ona gətirib çıxarıb ki, artıq kimin haqlı, kimin haqsız olmasının əhəmiyyəti yoxdur; kimin vəkilinin daha yaxşı və ya pis olması vacibdir.
- Siyasətçilər tərəfindən aparılan təbliğat nə qədər səs-küylü olarsa, onun vətəndaşlar üçün nəticələri bir o qədər dəhşətlidir.
- Siyasətçilər uşaq kimidir — eşidilmirsə, deməli, nəsə ediblər.
- Siyasi əqidələr məğlub olanların əldən çıxan qələbəyə olan ümidlərindən başqa bir şey deyil.
Y
redaktə- Yaxşı aforizmlər, dadı incitmədən sağaldan xoş bir qabıqda acı bir dərmandır.
- Yalnız sevgi və reklam qeyri-adi bir şey yarada bilər.