Volfqanq Amadey Motsart
Avstriyalı bəstəkar, Avropa klassik musiqisinin nümayəndəsi
Volfqanq Amadey Motsart (1756–1791) — avstriyalı bəstəkar və virtuoz musiqiçi.
Volfqanq Amadey Motsart | |||
Doğum tarixi | 27 yanvar 1756 | ||
Doğum yeri | Zalsburq | ||
Vəfat tarixi | 5 dekabr 1791 | ||
Vəfat yeri | Vyana | ||
Dəfn yeri | Müqəddəs Mark qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah atadan dərhal sonra gəlir.
- Atamın ölkəsi üstümdə həmişə ən əhəmiyyətli haqqa sahib olmuşdur. [24 noyabr 1782, atasına bir məktubunda]
B
redaktə- Bəlağətli danışmaq çox böyük sənətdir, amma nə vaxt dayanacağını bilmək lazımdır.
D
redaktə- Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm.
İ
redaktə- İnsanlar sənətimin mənə çox asan bir şəkildə gəldiyini düşünərək böyük səhv edirlər. Heç kim bəstəkarlığa mənim qədər zamanını və düşüncələrini həsr etməmişdir. Keçmişdən indiyə qədər yaşamış heç bir böyük bəstəkar olmasın ki, onun əsərlərini dəfələrlə calışmış olmayım.
M
redaktə- Mannheimi sevdiyim kimi Mannheim də məni sevir. [12 noyabr 1778-dəki məktubunda]
- Mən heç kimin tərifinə və ya qınamasına əhəmiyyət vermirəm. Mən sadəcə öz hisslərimin arxasınca gedirəm.
- Mənim üçün ilk iddia həmişə ata yurdumdur.[1]
- Musiqi, hətta ən dəhşətli vəziyyətlərdə belə, heç vaxt qulağa ağrı verməməli, onu ovsulamalı və cazibədar etməlidir və bununla da həmişə musiqi olaraq qalmalıdır.
- Musiqidə ən zəruri, ən çətin və ən vacib şey zamandır.
- Musiqinin ən əhəmiyyətli, ən çətin və özü tempdir. [1777, atasına bir məktubda]
N
redaktə- Nə yüksək səviyyəli zəka, nə təxəyyül, nə də hər ikisi birlikdə dahi yaratmağa getmir. Sevgi, sevgi, dahinin ruhu olan sevgi.
Ö
redaktə- Ölüm əsl xoşbəxtliyin qapısını açan açardır.
- Ölümün dadı, dilimin ucunda. Bu dünyadan olmayan bir şey hiss edirəm.
T
redaktə- Tanrıdan dərhal sonra ata gəlir.