Deyl Karnegi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 52:
* İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar.
* İnsanları ələ salmaq xatirinə gülməyin.
* insanları öz fikrinə şərik etməyin 12 üsulu:
# mübahisədə ən yaxşı nəticə əldə etməyin yeganə üsulu mübahisədən yayınmaqdadır;
# başqasının fikrinə hörmətlə yanaşın;
# haqlı deyilsinizsə, bunu dərhal sidq - ürəkdən etiraf edin;
# əvvəlcə öz dost münasibətinizi nümayiş etdirin;
# qoy həmsöhbətiniz lap əvvəldən sizə “bəli, bəli” deməyə məcbur olsun;
# imkan verin həmsöhbətiniz ürəyini boşaltsın;
# qoy o hiss eləsin ki, ideya məhz ona məxsusdur;
# məsələyə onun mövqeyindən baxmağa çalışın;
# müsahibinin fikir və istəklərinə rəğbətlə yanaşın;
# nəcib niyyətlə söhbət edin;
# öz istəklərinizi aydın bildirin;
# ən başlıcası isə söhbəti yarımçıq qoymayın və fikrinizdən dönməyin.
* İnsanları sevsən, sevilərsən.
* İnsanların çoxunu kədərləndirən - əllərindəki pulun az olması deyil, əllərindəki pulu necə sərf edəcəklərini bilməmələridir.
Sətir 73 ⟶ 86:
* Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.<ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.144</ref>
* Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
# mübahisədə qalib gəlmək istəyirsənsə, rəqibinin əleyhinə çıxma;
# müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
# öz səhvini başa düşdükdə, bunu səmimiyyətlə etiraf et;
# sakit tərzdə söhbət etməyə çalış;
# hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
# qarşındakına danışmaq imkanı ver, tez-tez sözünü kəsmə;
# öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
# heç kəslə bağlı tərəfkeşlik etmə;