Pifaqor: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 72:
* Əsl vətən xoş niyyətlər olan yerdədir.
* Əzab çəkməyə qədər həqiqətin dostu ol, amma dözülməzliyə qədər onun müdafiəçisi olma.
 
==F==
* Fikirlərini və Allahlar barədə düşüncələrini nümayiş etdirmə. Allahları musiqi və mahnılarla yad et, çünki hər ikisi bizə qulaqlarımız vasitəsilə çatır.
 
== G ==
* Gəmilər üçün körpü liman, həyat üçün isə dostluqdur.
* Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə.
 
== H ==
* Heç kim nə qidada, nə də içkidə həddi aşmamalıdır.
Sətir 99 ⟶ 96:
* Həyat ziyafətində əyləş, amma dirsəklənmə.
* Həyatını kef üstündə qurma.
 
== X ==
* [[Xalq]]a yazığı gəlmək olar, amma ona gülmək olmaz.
Sətir 105 ⟶ 101:
* Xəyalına çox güc vermə! O çox qorxunc mənzərələr yarada bilər.
* Xoşbəxtlik ardınca qaçma – o, həmişə sənin özündədir.
 
== İ ==
* İki şey insanı Tanrıya bənzər edir: cəmiyyətin rifahı üçün həyat və düzgünlük.
Sətir 115 ⟶ 110:
* İt, dostun təsviridir.
* İtinin sədaqətinə hər zaman, amma arvadının sədaqətinə yalnız birinci hadisəyə qədər güvən.
 
== K ==
* Kahinlər deyirlər ki, Allahlar insanı yaratdıqlarına görə peşman oldular. Biz də onlara eyni cavab veririk: insan da allahları yaratdığına görə peşman olub.
* Kütlənin fikriylə yox, ariflərin fikri ilə hesablaş.
 
== Q ==
* Qayda-qanun qoy sənin ilahin olsun! Ona yorulmadan ürəkdən qulluq et: qayda-qanun bütün şeylərin birliyidir. Təbiətin özü onun vasitəsi ilə mövcuddur.
Sətir 129 ⟶ 122:
* Qoy sənin yeganə Allahın - Vicdanın olsun.
* Qulaq asıb sən susa-susa müdrikləşirsən. Müdrikliyin başlanğıcı susmaqdır.
 
== M ==
* Məzəmmətə də, tərifə də eyni cür biganə ol.
Sətir 136 ⟶ 128:
* Müdrik! Sadə camaatın arasında yaşamağa məcbur olarkən suda üzən, amma onunla qarışmayan yağ kimi ol.
* Müdrikliyin başlanğıc mərhələsi – çərənləməyi tərgidib düşünməyi öyrənməkdir.
 
== N ==
* Nə cür xoşbəxtliyə düçar olsan belə, göz yaşı axıtma. Gözünün yaşını insanların bədbəxtliyi üçün saxla.
* Nə qədər ki, İnsan aşağı canlıları amansızcasına məhv etməkdə davam edir, o, heç vaxt sağlamlıq və dinclik bilməyəcək. Nə qədər ki, insanlar heyvanları qırıblar, bir-birlərini öldürəcəklər. Həqiqətən də, qətl və əzab toxumu səpən sevinc və məhəbbəti biçə bilməz.
 
== Ö ==
* Öz ailəsinə başçılıq edə bilməyən adam nə qanunverici ola bilər, nə də rəhbər.
Sətir 150 ⟶ 140:
* Özünə sadiq dost tap. Ona malik olsan, allahlara ehtiyacın olmaz.
* Özünün hakimi ol: özünə hakim olduqca və özünü idarə etdikcə üstün hökmranlığa və ən vacib vəzifəyə sahib olacaqsan.
 
== P ==
* Pis ümidlər pis bələdçilər kimi pis əməllərə aparır.
 
== S ==
* Sağlam ağlının bir damcısınıı bütöv bir elm dəryasından üstün tut.
Sətir 172 ⟶ 160:
* Sus, ya da susmaqdan qiymətli olan söz söylə.
* Susmaqdan daha yaxşı olan şey barəsində sus, yaxud danış.
 
== Ş ==
* Şərab içməkdən çəkin. O, ehtirasları qidalandıran süddür.
 
== T ==
* Tanrılardan nə yağış istə, nə vedrə: allahlar belə işlərə qarışmırlar.
 
== U ==
* Uşaqlarının yanında arvadını töhmətləmə.
* Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşları qalsın.
* Uşaqlarla, qadınlarla və xalqla fikrini bölüşmə.
 
== Ü ==
* Ümumxalq yerlərindən həqiqəti bəyan etmə: xalq onu şər işlərdə istifadə edəcək.
 
== V ==
* Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir, çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda, tənliklər əbədidir.
* Vicdan qoy sənin yeganə ilahin olsun.
 
== Y ==
* Ya sus, ya da susmaqdan daha dəyərli bir söz de.
Sətir 205 ⟶ 187:
* Yoxsulun həyatı sahilə yaxın üzən gəmidir. Varlınınkı isə dənizin ortasında. Birinci sahilə asan yan ala bilər, ikincisi çətin.
* Yuxudan oyandığında özünə sual ver: "Mən nə etməliyəm" və gecə yatmazdan əvvəl soruş: "Mən bugün nə etdim".
 
== Z ==
* Zarafatdan duz kimi ehtiyatla istifadə etmək lazımdır.
Sətir 213 ⟶ 194:
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
 
[[Kateqoriya:Vegetarianlar]]
[[Kateqoriya:E.ə. 570-ci ildə doğulanlar]]