Adətən biz fikirləşirik ki, insanları insanlar idarə edir, əslində isə onları idarə edən həyat halları və şəraitdir.
Axşamlar dinləyərək susmağın səni müdrik edir. Çünki, müdrikliyin başlanğıcı susmaqdır.
Ailədə atalıq vəzifəsini yerinə yetirməyəndən nə qanunverici, nə də şəhəri idarə edən olar.
Ağıla itaət edən allahlara da itaət edir.
Ağıllı qadın! Əgər istəyirsən ki, ərin boş vaxtlarını səninlə keçirsin, elə elə ki, o səndə gördüyü həzzi və rahatlğı, etibarı və təvazökarlığı heç yerdə tapa bilməsin.
Ağılsıza qılınc vermək, şərəfsizə hakimyyət vermək qədər təhlükəlidir.
Ağılsızlar şərab içəndə sərxoş olur, bədbəxtliklərdə isə ağıllarını itirirlər.
Alim cəmiyyətinin üzvü olma. Ən müdriklər cəmiyyət təşkil edəndə sadə rəiyyət olurlar.
Allahın varlığı barədə qoy din xadimləri tədqiqat aparsınlar: sən insan qəlbinin dərkliyi ilə məşğul ol.
Allahlardan nə yağış, nə də vedrə istəyin. Allahlar belə işlərə baxmırlar. Təbiətdə hər şey dəyişməz qanunlarla idarə olunur.
Allahların təbiətini öyrənməyi kahinlərə burax, sən isə insan qəlbini dərk etməklə məşğul ol.
Alnı hamar olanla heç vaxt məsləhətləşmə. Çünki, onlar heç vaxt düşünmürlər.
Bədbəxtlik qapını döyəndə, onun başqa vaxt da qapını döyməsini gözləmdən qapını onun üzünə şən üzlə aç. Müqavimət onu qıcıqlandır, itaət isə silahsız edir.
Bədənini ruhunun tabutuna çevirmə.
"Bəli" və "Xeyr" sözləri nə qədər qısa olursa olsun, yenə də ən ciddi əksini tələb edir.
Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana düşüb batar.
Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir.
Böyük biliyə sahib olmağa çan atma. Ola bilsin ki, əxlaqi elm bütün biliklərdən ən lazımlısıdır, amma onu öyrənmirlər.
Böyük vədlər vermədən böyük işlər gör.
Bütün həyatınız boyu, xüsusilə də gənclik illərində yeganə müdrik himayəçi olan ağlınıza inanın.
Nə qədər ki, İnsan aşağı canlıları amansızcasına məhv etməkdə davam edir, o, heç vaxt sağlamlıq və dinclik bilməyəcək. Nə qədər ki, insanlar heyvanları qırıblar, bir-birlərini öldürəcəklər. Həqiqətən də, qətl və əzab toxumu səpən sevinc və məhəbbəti biçə bilməz.
Elə ünsiyyət saxla ki, dostları düşmən, düşmənləri dost etməyəsən.[1]
Ey insan! İstəmədiyin şeyi başqa heyvanlara etmə ki, onlar da bunu sənə etməsinlər.
Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər.
Eyni gücə malik iki insandan haqlı olanı güclüdür.
Fikirlərini və Allahlar barədə düşüncələrini nümayiş etdirmə. Allahları musiqi və mahnılarla yad et, çünki hər ikisi bizə qulaqlarımız vasitəsilə çatır.
Kahinlər deyirlər ki, Allahlar insanı yaratdıqlarına görə peşman oldular. Biz də onlara eyni cavab veririk: insan da allahları yaratdığına görə peşman olub.
Kütlənin fikriylə yox, ariflərin fikri ilə hesablaş.
Nə cür xoşbəxtliyə düçar olsan belə, göz yaşı axıtma. Gözünün yaşını insanların bədbəxtliyi üçün saxla.
Nə qədər ki, İnsan aşağı canlıları amansızcasına məhv etməkdə davam edir, o, heç vaxt sağlamlıq və dinclik bilməyəcək. Nə qədər ki, insanlar heyvanları qırıblar, bir-birlərini öldürəcəklər. Həqiqətən də, qətl və əzab toxumu səpən sevinc və məhəbbəti biçə bilməz.
Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir, çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda, tənliklər əbədidir.