Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 26:
== B ==
* [[Baha]] satmaq, adam aldatmaq, dava-dalaş salmaq, [[çirkin]] işlərlə [[məşğul]] olmaq, arsızlıq, [[rüsvayçılıq]], [[həyasızlıq]], şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə [[murdar]] [[çirkab]]lara bulaşmış gəlir nə qədər az olsa da, onu daha [[əziz]], daha [[təmiz]], daha [[bərəkətli]] saymaq lazımdır.
* Bаşа düşməyən аdаmа [[incə]] və üstüörtülü söz dеməməli.
* Bədcins arvada rast gələnin bircə [[çarə]]si var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan [[təhlükəli]]dir. Can qurtarma çətin olduqda dörd [[hiylə]] işlətmək lazımdır:
**Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını [[xilas]] edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən [[ucuz]] olar.