Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 52:
* [[Divar]]ı uçurmazdan əvvəl o tərəfdə səni nə gözlədiyini öyrən.<ref>Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.36</ref>
* [[Doğum]] baş tutduqdan, [[uşaq]] doğulduqdan sonra [[tərbiyə]]si [[düz]] olmazsa, böyüdükdə onun da [[zəhmət]]i [[valideyn]]in boynuna düşər. [[Adamlar]] artdıqca, yəni [[qadın]], [[kişi]], [[övlad]]lar çoxaldıqca, bu adamların [[yemək]]lərini çatdırmaq, [[ehtiyac]]larını ödəmək bir [[adam]] üçün çox [[çətin]] olar, köməkçilərə, xidmətçilərə ehtiyac yaranar və mənzilin rüknünü təşkil edən bu [[camaat]]ın [[məişət]]ini nizama salmaq [[məsələ]]si [[orta]]ya çıxar.
* [[Dövlət]] quşunun girən yeri [[dar]] olar, çıxan yeri gen.
* Dövlətlilikdə qudurub yan-yörəni qapma, yoxsulluqda[[yoxsulluq]]da ruhdan[[ruh]]dan düşüb, [[yazıq]]-yazıq baxma.
* [[Dözümlülük]] ona deyilir ki, [[nəfs]] xoşagələn işlər uğrunda öz gücünü işlədib, yorulmaqdan çəkinməsin (dözsün).
* Dünyanın var-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et..
* Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.