Təhsil: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 72:
* İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. [[Heydər Əliyev/Təhsil]]
* İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. [[Heydər Əliyev]]
* İnnovasiyaya və təhsilə sərmayələrimizi kəsərək kəsiri azaltmaq həddindən artıq yüklənmiş təyyarəni mühərrikini çıxararaq yüngülləşdirməyə bənzəyir. Ola bilsin ki, əvvəlcə yüksəkdən uçduğunuzu hiss edirsiniz, ancaq təsirini hiss etməyiniz çox çəkməyəcək. [[Barak Obama]]
* İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər. [[Məhəmməd Tağı Sidqi]]
* İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə, yemək dirilikdən ötrü lazımdır. [[Məhəmməd Tağı Sidqi]]