İnsan: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 40:
* İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir. [[Qrem Qrin]]
* İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. [[Georq Vilhelm Fridrix Hegel]]
* İnsan kərpic kimidir; yanaraq bərkiyir. B.[[Bernard Şou]]
* İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. [[Əbu Turxan]]
* İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. R.Taqo
* İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. [[Əbu Turxan]]
* İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. [[Seneka]]
* İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. [[Əbu Turxan]]
* İnsan yarımçıqdır; onun digər yarısı bütün yerdə qalan dünyadır. [[Əbu Turxan]]
* İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. Feyxtvanqer
* İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir. [[Onore de Balzak]]
* İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. [[Nizami Gəncəvi]]
* İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. [[Cəmil Meriç]]
* İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. B.[[Bernard Şou]]
* İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. F.M. Dostoyevski
* İnsanı tanımaq üçün onu sevmək lazımdır. Feyerbax
* İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan. C.Dreper
* İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. [[Mövlana Cəlaləddin Rumi]]
* İnsanın mahiyyəti onun arzularında təzahür edir. [[Spinoza]]
* İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev
* İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. Abay
* İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur. [[Əbu Turxan]]
* İstədiyin insan olmaq üçün heç zaman gec deyil. [[Corc Eliot]]
 
== K ==