Leonard Koen: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3:
* Bütün dahiyanə yaradıcılıqlarda dağıdıcı element olur — və məhz o, bizə həqiqi zövqü verir. Yalnız məsələ siyasətə və sosial həyata gəldikdə bu dağıdıcılıq yolverilməzdir. İncəsənət adlandırdığımız məfhumda dağıdıcılıq arzu olunan xarakteristikadır.
== D ==
* Deyəsən, bunu Ben Conson (İngilis poeziyasının klassik şairi və dramaturqu: 1572-1637 — Esquire) deyib: mən bütün dini və fəlsəfi mətnləri oxudum: ancaq həyat eşqi hamısına qalib gəlir.
* Dünyadakı bütün gözəl əsərlər sevginin yoxluğundan yaranıb.
* Düzünə qalsa, heç vaxt özümü şair hesab etməmişəm. Həmişə elə hesab etmişəm ki, poeziya başqalarının xüsusi yazı növü kimi qəbul etdiyi qəlibdir. Ona görə də özünü şair adlandırmaq olduqca təhlükəli məsələdir. Qoy bunu başqaları müəyyən etsinlər: onların işi-gücü elə budur.
 
== H ==
* Hələ uşaqlıqdan musiqi və sinaqoqlarda eşitdiyim ilahi söhbətlər mənə təsir edirdi — orada hər şey çox vacib idi. Həmişə elə güman etmişəm ki, dünya sözlərin köməyilə yaranıb, buna görə də bu söhbətlərdə müstəsna işıq görmüşəm. Və bu mənim daim mənsub olmaq istədiyim şey olub.