Dalay Lama: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2:
== Ç ==
* Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik.
== Ə ==
* Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər.
 
== İ ==
* İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil. Başqalarına mümkün olan ən az zərəri verərək xoşbəxt yaşamaq – bütün insanların haqqı olan və həqiqətən də dəyərli olan bir həyatdır.