Dalay Lama — Tibet buddizminin Qeluq qolunun lideridir. Hal-hazırda bu vəzifəni icra edən 14-cü Dalay Lama olan Tençzin Qyamçxodur.

Dalay Lama
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amma təkcə özümüzü düşünüb başqalarını düşmən kimi görsək, özümüzün yaratdığı səfeh çətinliklərlə üz-üzə qalacağıq. Əgər müasir cəmiyyətdə rəqabətə davamlı olmayan bir həyat mümkün deyilsə, onda bunu kimisə tapdalamadan, kiməsə ziyan vurmadan etməliyik və bunu başqalarından daha yaxşı şəkildə etməyi bacarmalıyıq.
  • Bir insanla ünsiyyət qurarkən, qarşımda kimin olması məni maraqlandırmır: böyük və ya adi bir insan və ya dilənçi. Ən əsası üzdə təbəssüm və səmimiyyətdir. Din, mədəniyyət, dil, irq fərqi - bunların heç biri əhəmiyyət kəsb etmir. Təhsilli ya yox, varlı və ya kasıb fərqi yoxdur. Ürəyimi və ağlımı açmaqla insanları köhnə dostlarım kimi qəbul edirəm.
  • Bu insanlara da aiddir. Özlərinə nəzarət edən, nəzakətli, həssas və xoşniyyətli insanların təbii olaraq daha çox dostları olur. Başqaları onlarla dostluqdan zövq alır, heyvanlar belə onları sevir. Belələri getdikləri hər yerdə xoş ovqat yaradırlar, insanlar onların yanlarından ayrılmaq istəmir.
  • Bu mənim sadə dinimdir. Məbədlərə ehtiyac yoxdur; mürəkkəb fəlsəfəyə ehtiyac yoxdur. Öz beynimiz, öz ürəyimiz bizim məbədimizdir; fəlsəfə xeyirxahlıqdır.
  • Bu planetdə sayımız hədsiz çoxdur, lakin heç kim özündən başqasını görə bilmir. Qidalanmaq, geyinmək, iş tapmaq, ya da məşhur olmaq üçün bir-birimizə ehtiyacımız var, amma başqalarına bu qədər bağlı olmağımıza baxmayaraq, yenə də onlara düşmən gözüylə baxırıq. Sizə belə gəlmirmi ki, burada ziddiyət çox açıqdır?
  • Bütün bunları danışarkən öz xoşbəxtliyimizdən imtina edərək, özümüzü ancaq başqalarına həsr etməli olduğumuz fikrindən uzağam. Demək istədiyim odur ki, bu ikisi bir-birini tamamlayır. Əgər yer üzündə sülhxoşbəxtlik istəyiriksə, hadisələrə daha geniş perspektivdən baxmağı öyrənməli, hər insanın fərdi fəaliyyətinin vacibliyini dərk etməliyik.
  • Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik.
  • Əgər səhv etmisinizsə, onu düzəltmək üçün dərhal nə isə edin.
  • Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər.
  • Gələcək həyatdan bəhs etmirəm, bu həyatı gözəlləşdirməkdən ötrü başqalarına düşüncə və davranışlarımızla qayğı göstərməliyik, belə olanda biz də özümüzü rahat hiss edəcəyik. Bizim də ehtiyacımız olanda dəstəyini hiss etdiyimiz adamlar olacaq, hətta düşmənlərimiz belə dostlarımıza çevriləcəklər.
  • Fikirlərimiz kəskinləşəndə, danışığımız aqressiv, hərəkətlərimiz zorakı olanda isə başqaları bizi görəndə özlərini narahat hiss etməyə və bizi görməzdən gəlməyə başlayırlar. Demək istədiyimiz şeylə maraqlanmırlar, biz onlarla danışmağa çalışanda arxalarını çevirirlər. Bizdən necə məmnun ola, varlığımızdan necə xoşbəxt ola bilərlər axı? Və belə bir həyat çətin deyilmi?
  • Heyvanlar arasında belə dinc olanları ətrafdakı digər heyvanları cəzb edirlər, vəhşi olanlardan isə hamı qaçır. Aqressiv itlərdən digər itlər, hətta onlardan daha iri olanlar belə əksərən uzaq dururlar.
  • Həqiqətən vacib olan məsələ hisslərin kobudca və tez doydurulması yox, idrakın doydurulmasıdır. Buna görə də xoşniyyətli olmaq, başqalarına kömək etmək, arzuları azaltmaq və sahib olduğunla xoşbəxt olmaq sadəcə bir dinin ardıcıllarına aid məsələ deyil. Bunları İlahini məmnun etməyin, ya da yenidən həyata gəlməyi sığortalamaq üçün bir vasitə kimi də irəli sürmürəm. Demək istədiyim odur ki, daxili rahatlığını təmin etmək istəyən bir insanın heç bir halda bunlarsız keçinə bilməyəcəyidir.
  • Həyatımızın məqsədi xoşbəxt olmaqdır.
  • Xoşbəxtlik hazır bir şey deyil. Xoşbəxtlik yalnız hərəkətlərinizdən asılıdır.
  • İqtisadi və texnologiya baxımından inkişaf etdikcə, bir-birimizə daha çox bağlanırıq. Gördüyümüz hər bir iş bu və ya digər şəkildə dünyanın geri qalanına təsir edir. Yeri gələndə, dünyadakı mövcud olan vəziyyət də hər bir fərdin xoşbəxtliyinə və bədbəxtliyinə təsir edir. İndi artıq keçmişdə olduğu kimi dayaz dünyagörüşlə, sadəcə bir meyarı nəzərə alaraq, yeganə bir səbəbi və ya faktoru göstərərək canımızı qurtara bilmərik. Bugünkü dünyada artıq hər bir hadisə bütün tərəfləri nəzərə alınaraq analizdən keçirilməlidir.
  • İldə bir dəfə əvvəllər olmadığınız bir yerə gedin.
  • İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil. Başqalarına mümkün olan ən az zərəri verərək xoşbəxt yaşamaq – bütün insanların haqqı olan və həqiqətən də dəyərli olan bir həyatdır.
  • Məğlub olanda Siz topladığınız təcrübəni itirmirsiniz.
  • Nəzərə alın ki, böyük sevgi və böyük uğur göyük risklə bağlıdır.
  • Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir.
  • Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır.
  • Sevgi ilə nə qədər çox motivasiya olsanız, hərəkətləriniz bir o qədər qorxmaz və azad olar.
  • Sevgi mühakimə etməməkdir.
  • Sülh münaqişələrin olmaması demək deyil; fərqlər həmişə olacaq. Sülh bu fikir ayrılıqlarını sülh yolu ilə həll etmək deməkdir; dialoq, təhsil, bilik vasitəsilə; və insani yollarla.
  • “Tibetdə belə bir deyim var: “Faciədən güc mənbəyi kimi istifadə etmək lazımdır”. Nə cür çətinliklər olursa olsun, təcrübə nə qədər ağrılı olursa olsun, ümidimizi itirsək, bu, bizim əsl fəlakətimizdir.
  • Tolerantlıq təcrübəsində insanın düşməni ən yaxşı müəllimdir.
  • Unutmayın ki, uğur qazanmamaq bəzən həm də böyük uğurdur.
  • Üç əbədi qaydaya riayət edin: Özünə hörmət et, digərlərinə hörmət qoy, öz hərəkətlərinin nəticələrinə görə məsuliyyətdən qaçma. [1]
  • Yadda saxlayın ki, sizin istədiyiniz şeylər, heç də həmişə sizə lazım olan şeylər deyil.
  • Yer kürəsi ilə nəzakətli davranın. Onu sevin.

İstinadlar

redaktə
  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış B.2017