Dalay Lama: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2:
== B ==
* Bu insanlara da aiddir. Özlərinə nəzarət edən, nəzakətli, həssas və xoşniyyətli insanların təbii olaraq daha çox dostları olur. Başqaları onlarla dostluqdan zövq alır, heyvanlar belə onları sevir. Belələri getdikləri hər yerdə xoş ovqat yaradırlar, insanlar onların yanlarından ayrılmaq istəmir.
* Bu planetdə sayımız hədsiz çoxdur, lakin heç kim özündən başqasını görə bilmir. Qidalanmaq, geyinmək, iş tapmaq, ya da məşhur olmaq üçün bir-birimizə ehtiyacımız var, amma başqalarına bu qədər bağlı olmağımıza baxmayaraq, yenə də onlara düşmən gözüylə baxırıq. Sizə belə gəlmirmi ki, burada ziddiyət çox açıqdır?
* Bütün bunları danışarkən öz xoşbəxtliyimizdən imtina edərək, özümüzü ancaq başqalarına həsr etməli olduğumuz fikrindən uzağam. Demək istədiyim odur ki, bu ikisi bir-birini tamamlayır. Əgər yer üzündə sülh və xoşbəxtlik istəyiriksə, hadisələrə daha geniş perspektivdən baxmağı öyrənməli, hər insanın fərdi fəaliyyətinin vacibliyini dərk etməliyik.