Şahbulaq qalası: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 7:
* Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi.<ref>Qarabağnamələr. II kitab.B.2006.</ref>
**Azərbaycan tarixçisi Rzaqulu bəy Mirzə Camal oğlu. “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”.
* Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir. İnşaat işləri 1751-1752-ci illərdə (hicri 1165-ci il) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.<ref>Авалов, Элтуран В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм".</ref>
 
** Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir."Qarabağ tarixi"
== İstinadlar ==
[[Kateqoriya:Azərbaycan qalaları]]