Stanislav Eji Lets: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 72:
* Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam olduğunu qiymətləndirsinlər.
* Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.
 
== X ==
* Xalqın bir qəlbi, bir ürəyi, bir köksü ola bilər. Bədbəxtlik orasındadır ki, onun bir beyni olsun.
 
== İ ==
* İblisin gücü onun mələk səbrindədir.
* İblislər iki cür olur: cəzalandırılmış mələklər və özünə karyera qazanmış adamlar.
* İnsan dal ayaqları üzərində yeriməyə başlayandan hələ də öz tarazılığını düzəldə bilməyib.
* [[İnsan]] haqqında biliklərin zirvəsi - gizli polis arxividir.
* İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə bir o qədər acizləşəcək.
* İnsanları sevirəm. Elə ona görə də heç vaxt onları yaratmazdım.
* İştah yemək vaxtı gəlir, amma soyuq olan vaxt getmir.