Stanislav Eji Lets
Stanislav Eji Lets (6 mart 1909 – 7 may 1966) — yəhudi mənşəli görkəmli Polşa şairi.
Stanislav Eji Lets | |||
Doğum tarixi | 6 mart 1909 | ||
Doğum yeri | Lvov | ||
Vəfat tarixi | 7 may 1966 | ||
Vəfat yeri | Varşava | ||
Dəfn yeri | Povonzki hərbi qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abidələri yıxdığınız zaman onların əsaslarını dağıtmayın. Onlar həmişə lazımlı ola bilər.
- Adamlar qanunla hüququ tez-tez qarışıq salırlar.
- Adamyeyən bıçaq və çəngəl ilə yemək yeyirsə, bu, irəliləyişdirmi?
- Adamyeyənlər elmin tamına baxmaq istəyəndə alimlərin dilini qoparırlar.
- Ah, əgər düşmənlərimin ölümündən sonra yenidən dünyaya gələ bilsəydim.
- Axında kimin könüllü üzdüyünü təyin etmək çox çətin işdir.
- Axmaqlıq — insanı düşünmək zərurətindən xilas etmir.
- Amerika yolunu kəsməsəydi, kim bilir Kolumb nə kəşf edəcəkdi!
- Anonim yazı yalnız o halda məqbuldur ki, onu yazanın özü həqiqətən mövcud olmasın.
- Artıq labirintlərə də lövhə vurublar: "Yolu azmaq qadağandır"
- Ateistlər İsa peyğəmbərin anadan olduğu ddövrdən sonrakı zaman haqqında — "bizim era" deyirlər. Qəribədir.
- Azadlığı seçən bumeranqlar geri qayıtmırlar.
B
redaktə- "Başını dik tut" — deyə cəllad ilgəyi məhbusun boynuna keçirdi.
- Bataqlıq bəzən dərinlik təsəvvürü yaradır.
- Bayrağı elə yüksəkdə tutmuşdu ki, deyəsən, onu görən gözü yoxdur
- Bəzi adamların heç vaxt ümidləri olmayıb, bəziləri də elə hey onu itirirlər.
- Bir çox hallarda çıxış girişin olduğu yerdədir.
- Biz hökumət barədə nə qədər pis düşünürüksə, o bizim barəmizdə bundan da pis düşünür.
- Boğazdan asılanın evində kəndirdən danışmazlar. Bəs cəlladın evində necə?
- Boş başlarda əks-səda qoparmaq çox çətin işdir.
- Buqələmun hökumət başçısı olanda, yan-yörəsindəkilər rənglərini tez-tez dəyişirlər.
- Bütün allahlar ölümsüz olmuşlar.
- Bütün düşüncələr beyindən keçmir, bəziləri yalnız senzuradan keçir.
C
redaktə- Cəlladı məzəmmət etdilər ki, o bütün siyasi quruluşlarda cəlladlıq edib və sonralar əvvəl sərəncamı ilə edamları yerinə yetirdiyi şəxslərin özlərini edam edib. Cəllad deyir: Siyasi baxışların mənə dəxli yoxdur. Mən qarşımda yalnız insanı görürəm.
- Cənnətdə hər şey olmalıdır. Hətta cəhənnəm də.
- Cənnətə gedən yolu Allahdan istəmə; o sizə ən çətinini göstərəcək.
Ç
redaktə- Çörək istənilən ağzı açır.
D
redaktə- Desələr müqəddəs adam yoxdur, hətta ateistlər də inciyər.
- Dəlilər haqqındakı lətifələri dəlilərin öz dilindən eşitmək təşviş doğurur: onlar kifayət qədər ağıllı deyillərmi?
- Dissertasiya mövzusu: "İnsanlığın tarixində insanın rolu"
- Dişlər töküləndən sonra dil ağızda böyük azadlıq qazanır.
- Dövlətin konstitusiyası elə olmalıdır ki, vətəndaşın konstitusiyasını pozmasın.
- Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi.
- Dünyanın sonu ilə bağlı çox şey gözləməyin.
- Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum.
E
redaktə- Ehtiyatlı olun, hər mifdə bir dəfə də gündəlik çörəyimizə çevrilə biləcək bir həqiqət var.
- Elə adamlar var ki, adam öldürməyə əlləri qalxmır, ona görə məcbur olurlar ki, öldürməzdən qabaq adamı adamlıqdan çıxartsınlar.
Ə
redaktə- Əcnəbi dili bilmədən əcnəbilərin susmağını heç vaxt başa düşə bilməzsən.
- Əgər qəlb özünü hər dəfə bədənin hesabına xilas etməyə çalışırsa, onda qəlb ilə bədəni harmoniyasına necə nail ola bilərik ki?
- Əgər o ölübsə, bu hələ sübut etmir ki, həqiqətən yaşayıb.
- Əgər tarixdən bütün yalanları silsəniz, bu o demək deyil ki, yalnız həqiqət qalacaq — nəticədə ümumiyyətlə heç nə qalmaya bilər.
- Ən çətin iş – cəhənnəmi yandıra bilməkdir.
- Ən sərrast atəş – atıb insana dəyməməkdir.
- Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur.
- Əsatir həqiqətə çevriləndə, bu, kimin qələbəsi olacaq: materialistlərin, yoxa idealistlərin?
- Əsl düşmən heç vaxt səni tərk etməyəcək.
- Əsl əzabkeş o adamdır ki, ona əzabkeş olmağı da çox görüblər.
- Əsl təlxək əsl təlxəyi ələ salırsa, deməli, onlardan hansısa əsl təlxək deyil.
F
redaktə- Fakt son dəblə geyinsə belə, yenə həmişə çılpaqdır.
G
redaktə- Gələcəyin elmi üçün bu dövrün axmaqlığı onun müdrikliyi qədər dəyərlidir.
- Gənclik təbiətin hədiyyəsidir, yaş isə sənət əsəridir.
- Görəsən, adamlar özgəsinin xatirəsində kimin hesabına yaşayırlar?
- Gücün zəif tərəfləri dəhşətlidir.
- Gülməyə səbəb olmayanda satiriklər doğulur.
- Gülməyin qadağan edildiyi yerdə, adətən, ağlamağa da içazə vermirlər.
H
redaktə- Hakimiyyət tacı əksər halda bir başdan digər başa deyil, bir əldən digər ələ keçir.
- Heykəlləri uçuranda postamentlərini saxlayın. Lazımınız ola bilər.
- Həqiqi düşmən heç vaxt səni atmır.
- Həqiqətdə hər şey əslində olduğu kimi deyil.
- Hər bir əsrin öz orta əsrləri var.
- Hər hansı dövrün səfehliyi də müdrikliyi kimi növbəti dövr üçün qiymətli dərsdir.
- Hər şey çoxdan yazılıb qurtarıb. Ancaq xoşbəxtlikdən hamısının üzərində düşünülməyib.
- Hər şey İnsanın əlindədir.
- Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun.
- Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam olduğunu qiymətləndirsinlər.
- Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.
- Hətta bir dəyənək də yol göstərə bilər.
- Həyatın rəngsizliyi təhlükəsiz deyil, bəzən insanlar onu qanla rəngləndirmək arzusunda olurlar.
X
redaktə- Xalqımızın çəkdiyi əzablar sırasına icbari məktəb mütaliəsi də daxil edilməlidir.
- Xalqın bir qəlbi, bir ürəyi, bir köksü ola bilər. Bədbəxtlik orasındadır ki, onun bir beyni olsun.
İ
redaktə- İblisin gücü onun mələk səbrindədir.
- İblislər iki cür olur: cəzalandırılmış mələklər və özünə karyera qazanmış adamlar.
- İnsan dal ayaqları üzərində yeriməyə başlayandan hələ də öz tarazılığını düzəldə bilməyib.
- İnsan haqqında biliklərin zirvəsi — gizli polis arxividir.
- İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə bir o qədər acizləşəcək.
- İnsanları sevirəm. Elə ona görə də heç vaxt onları yaratmazdım.
- İştah yemək vaxtı gəlir, amma soyuq olan vaxt getmir.
K
redaktə- Kahinlərə bircə dəfə baş əymək, Allaha yüz dəfə baş əyməkdən daha çox fayda verir.
- Karyeranın eşafota aparan pillələri də var.
- Kiminlə yatdığını mənə de, yuxuda kimi gördüyünü sənə deyim
- Külək hardan əsdiyini hardan bilsin?
Q
redaktə- Qadın üçün Hitleri doğmaq Bethoven və Dostoyevskini doğmaq qədər əzablı idi.
- Qorxaqlığından öz fikirlərini də özgələrin başında gizlədib saxlayırdı.
M
redaktə- Meymunun insana çevrilməsi prosesi nə qədər çox çəksəydi, insan qanı bir o qədər az axardı.
- Mələklərdən qorxuram. Onlar o dərəcədə mərhəmətlidirlər ki, şeytan olmaq üçün hamısını asanlıqla yola gətirmək mümkündür.
- "Mən sabahın şairiyəm", — o dedi. "Bu barədə birisi gün danışarıq", — cavab verdim.
- Mənbəyə çatmaq üçün — axına qarşı üzmək lazımdır![1]
- Mif bir miflə toqquşduqda çox real toqquşma olur.
- Mif qədim qeybətdən başqa bir şey deyil.
- Mif şüuru müəyyənləşdirir.
- Mifologiyada insanlar tanrı olsaydılar nə edəcəkləri barədə düşüncələrini bir kənara qoyurlar.
- Möhtərəm yazıçılar! Mürəkkəblə yox, qanla yazmaq lazımdır — bir şərtlə ki, özgə qanı olmasın.
- Müsibətə bax ki, adamın qəddi yalnız çarmıxda düzəlir.
- Müsibətə bax ki, Prometeyin allahlardan oğurladığı odda Cordano Bruno da yandırılmışdır!
N
redaktə- Nə qədər ki elm bizim nəsə ayrı bir şey olduğumuzu sübut etməyib – bəlkə o vaxta qədər adam olaq?
- Nə qədər ki yel əsmir – yelqovanın da xarakteri var.
- Nəsillərin zəif yaddaşını yalnız əfsanələr mühafizə edir.
O
redaktə- Onu yalnız çılpaq gördüyüm üçün haqqında heç nə danışa bilmərəm.
- Onun günahla dolu xeyirxah arzuları var idi.
- Onun üzərinə şübhə kölgəsi düşmüşdü və o bu kölgədə gizlənirdi.
- Optimistlər və pessimistlər yalnız dünyanın sonu tarixinə görə fərqlənirlər.
- Ot tayası sevgililər üçün bir cür, atlar üçün tamam başqa cür qoxuyur.
Ö
redaktə- Ölümdən sonra yaşamaq asan məsələ deyil: bəzən bundan ötrü bütün ömrü sərf etmək lazım gəlir.
- Ölümsüzlüyün birinci şərti – ölməkdir.
- Öz zamanını qabaqlamış adamlar onu hər cür rahatlıqdan məhrum sığınacaqlarda gözləməli olmuşdular.
- Özünüz haqqında miflər yaradın. Allahlar yalnız bu cür başlamışlar.
- Özünüz öyrənin — həyatın sizə öyrətməsini gözləməyin.
P
redaktə- Palçıq bəzən dərinlik təəssüratı yaradır.
R
redaktə- Realist ol – həqiqəti söyləmə!
S
redaktə- Sirrin özünü gizlətməyə ehtiyacı yoxdur.
- Sıfırlardan zəncir düzəltmək asan işdir.
- Sözsüz rolda da aktyorun deməyə sözü olmalıdır
Ş
redaktə- Şairlər də uşaqlar kimidir: yazı masasının arxasında oturanda ayaqları yerə çatmır.
- Şayiələr köhnələndə rəvayətlərə çevrilir.
- Şeytan – cəhənnəmdə müsbət surətdir.
- Şovinizm o qədər dayazdır ki, hər yerdə sürünür.
T
redaktə- Texnika elə bir inkişaf mərhələsinə yetişəcək ki, adam özü olmadan da keçinə biləcək.
U
redaktə- Uşaq valideynləri doğurur.
Ü
redaktə- Ürəklə baş arasında gedən mübarizədə ən son qazanan mədədir.
V
redaktə- Vətəndaşlarının ölüm tarixlərini əvvəlcədən bilən dövlət yüksək planlı iqtisadiyyat apara bilər.
Y
redaktə- Yadda saxlamaq lazımdır ki, insanın insan olmaqdan başqa özgə seçimi yoxdur.
- Yaxşı, tutaq ki, başınla vurub divarı deşdin. Bəs qonşu kamerada nə edəcəksən?
- Yalan doğrudan bircə şeylə fərqlənir: doğru olmamasıyla.
- Yalan həqiqət kimi ortaya çıxanda yalana çevrilir.
- Yalnız öllülər dirilə bilərlər. Dirilər üçün bu çətin işdir.
- Yaşamaq zərərli şeydir — yaşayanlar ölürlər.
- Yazıçılara məsləhət: son nöqtəni qoymağa heç vaxt gecikməyin. Bunu yazmağa başlamadan da etmək olar.
- Yer üzündə cənnəti axtaran coğrafiya dərsində yuxuya gedib.
- Yuxusuzluq o dövrlərin xəstəliyidir ki, insanlara bir çox şeyə gözlərini yummaq deyilir.
- Yüksək sürət götürüb bir ömrü bir günə də yaşamaq olar. Amma bəs qalan vaxtda neyləyəcəksən?
Z
redaktə- Zamanla ayaqlaşmağa çalış, yoxsa arxadan gələnləri basıb əzərsən.