Çanakya: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 235:
* İnsanın beş anası var: hökmdar arvadı, müəllim arvadı, dost arvadı, arvadın anası və öz anası.
* İnsanlar yalnız öz əməllərində ağıllı, ədalətli hökmdarın tərəfini saxlayırlar. Belə bir hökmdar ağır vəziyyətə düşsə belə,onu tərk etməyəcəklər.
* İnsanları dörd kastanın və həyatın dörd mərhələsinin müəyyən edilmiş prinsiplərinə ciddi şəkildə riayət etməyə çağıran hökmdar, ədalətsizliyi aradan qaldırmaqla yanaşı, ədalətin tərəfdarı kimi çıxış edir.
* İnsanların günahları cəzalandırılmaq qorxusundan çəkindirir. Mükəmməl, saf insana çox nadir hallarda rast gəlmək olar. Dünya cəzalardan qorxur, buna görə xeyir-dualardan həzz alır.
* İnsanların xoşbəxtliyi, rifahı birbaşa hökmdarın xoşbəxtliyindən, rifahından asılıdır. Hökmdar şəxsi mənafeyini güdməməli, vətəndaşların ehtiyaclarını ödəməyə çalışmalıdır.