Əli Şəriəti: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16:
* Ac insana mənəviyyatdan danışmaq və böyük əxlaqi dəyərlərdən söz aşmaq hiylə və faciədir ..
== B ==
* Bir də Arxeologiya elmi var, amma bizdə daha çox arxaik(köhnəlmiş) sözlərin araşdırılması "elmi" var. Ziya Gökalp adlı birisi deyirdi ki, "Bütün mədəniyyətlər Aralıq dənizi ətrafındakı Türk irqindən doğulmuşdur, bütün insanlığın dilləri Türk dilindən yaranıb". Fars filoloqları da "Ərəbin dili yoxdur, farslar onlara danışmaq öyrətdilər" deyirdilər. Bu da bizim "alim"lərimiz(!) Beləcə özlərini və köklərini söz oyunu ilə tanımağa çalışırdılar.
* Bir qrup ac insanın aclıqlarını hiss etmədikləri, hətta Allaha, yaxşı bir həyat davam etdirdikləri üçün şükr etdikləri müşahidə edilmişdir. Çünki mədələri aclıqdan qovrulan bu insanların şüurları hadisədən xəbərsizdir. Onlar fiziki aclıqlarını anlayırlar. lakin təbii olmayan bir yoxsulluğun qurbanı olduqlarını hiss etmirlər. Onlar bu yoxsulluğun təbiiliyinə inandırılmışlardır.
* Bizim təhsillilərimiz, xüsusilə də xaricdən gələn tələbələrimiz "Mən nə hədiyyə gətirdim, xalq nə deyəcək?" düşüncəsində olmamalıdırlar. Əksinə "Dərdə dərman olacaq ən yaxşı hansı hədiyyəni götürməliyik ki, xalqa da bir faydası olsun?" deyə düşünməlidirlər. "