Əli Şəriəti
Əli Şəriəti | ||||
Doğum tarixi | 23 noyabr 1933 | |||
Doğum yeri | Kəhək, İran | |||
Vəfat tarixi | 18 iyun 1977 | |||
Vəfat yeri | Sauthempton, Birləşmiş Krallıq | |||
Dəfn yeri | Sayyidah Zaynab Mosque | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac insana mənəviyyatdan danışmaq və böyük əxlaqi dəyərlərdən söz aşmaq hiylə və faciədir ..
B
redaktə- Bir də Arxeologiya elmi var, amma bizdə daha çox arxaik(köhnəlmiş) sözlərin araşdırılması "elmi" var. Ziya Gökalp adlı birisi deyirdi ki, "Bütün mədəniyyətlər Aralıq dənizi ətrafındakı Türk irqindən doğulmuşdur, bütün insanlığın dilləri Türk dilindən yaranıb". Fars filoloqları da "Ərəbin dili yoxdur, farslar onlara danışmaq öyrətdilər" deyirdilər. Bu da bizim "alim"lərimiz(!) Beləcə özlərini və köklərini söz oyunu ilə tanımağa çalışırdılar.
- Bir qrup ac insanın aclıqlarını hiss etmədikləri, hətta Allaha, yaxşı bir həyat davam etdirdikləri üçün şükr etdikləri müşahidə edilmişdir. Çünki mədələri aclıqdan qovrulan bu insanların şüurları hadisədən xəbərsizdir. Onlar fiziki aclıqlarını anlayırlar. lakin təbii olmayan bir yoxsulluğun qurbanı olduqlarını hiss etmirlər. Onlar bu yoxsulluğun təbiiliyinə inandırılmışlardır.
- Bizim təhsillilərimiz, xüsusilə də xaricdən gələn tələbələrimiz "Mən nə hədiyyə gətirdim, xalq nə deyəcək?" düşüncəsində olmamalıdırlar. Əksinə "Dərdə dərman olacaq ən yaxşı hansı hədiyyəni götürməliyik ki, xalqa da bir faydası olsun?" deyə düşünməlidirlər. "
D
redaktə- Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.
E
redaktə- Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub.
Ə
redaktə- Əksər insanlar ölümlərindən qabaq ölürlər. Çox az insanların hər iki ölümü bir olur.
H
redaktə- Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının vücud gözəlliyindən başqa heç nəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır.
İ
redaktə- İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar.
- İnsan olmaq bir keyfiyyətdir. Ona görə də azalıb arta da bilər… Kim daha insandırsa, onun dərdi də çox olur.
M
redaktə- Mən hər kəsi rahatlatmaq üçün gəlmədim, mən rahatları narahat etmək üçün gəldim.
- Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.
- Mənim üçün millət, yalnız eyni bir dərdi olan insanlar toplusudur.
- Müasir dünyada artıq daşdan torpaqdan olan bütlərə deyil, qohumluğa, dövlətə, irqə, bayrağa və şəxslərə səcdə olunur.
O
redaktə- Oxuyun, təkrarən oxuyun. Çünki, mürəkkəbin oxumadığı yerdə qan axar.
T
redaktə- Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.
- Tənhalıq əsrin ən böyük faciəsidir.
- Tənqid olmayan yerdə bütpərəstlik başlayır.
Z
redaktə- Ziyalı, heç bir təhsili olmasa belə, anlayışı və şüuru çox yüksək olan şəxsə deyilir.