İrq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 3:
== B ==
* Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. [[Avraam Linkoln]]
* Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm... [[Avraam Linkoln]]
 
== M ==
* Müslüman və Türk məmləkəti olması etibarı ilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır. [[Məmməd Əmin Rəsulzadə]]