Xindi atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aciz qalanda qəzəb çox güclü olar.
B
redaktə- Bir balıq bütün suyu bulandırar.
Ç
redaktə- Çirkaba heç nə atma, üstünə sıçrar.
D
redaktə- Dava - dalaşın kökü kasıblıqdır.
E
redaktə- Eşitdiyinə inanma, gördüyünə inan.
Ə
redaktə- Əl çalmağa bir əl bəs eləməz.
- Ən yaxşı adət düzlükdür.
G
redaktə- Göz yaşı ilə yanğı yatmaz.
- Gözəl üzü hamı öpər.
X
redaktə- Xırda ürək sirr saxlamaz.
İ
redaktə- İnək öz buynuzunun ağırlığını bilmir.
- İnsan öləndən sonra qədri bilinər.
- İnsanın əsl düşməni - insandır.
K
redaktə- Kor korla danışanda həmişə hirslənər.
Q
redaktə- Qane olmaq - xoşbəxt olmaqdır.
- Qorxu ilə sevgi bir yerə sığmaz.
O
redaktə- Odu yağla söndürməzlər.
Ö
redaktə- Ölməsən - cənnəti görməzsən.
P
redaktə- Pişik doqquz yüz siçanı öldürüb getdi Məkkəni ziyarətə.
- Pula daha çox sitayiş edirlər, nəinki allaha.
S
redaktə- Səbr özü acıdır, meyvəsi şirin.
- Susmaq - razılığın yarısıdır.
T
redaktə- Taxta qabı da od üstünə cəmi bir dəfə qoyarlar.
- Tikanı tikanla çıxararlar.
Y
redaktə- Yalançının yaddaşı gərək yaxşı ola.
- Yaman gündə dost olmur.
- Yaman gündə təsəlli - quraqlıqda yağış kimidir.
Mənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı,2015