Xose Rizal
Xose Rizal (19 iyun 1861 – 30 dekabr 1896) — əsərləri və şəhid ölümü onu Filippin İnqilabının qəhrəmanına çevirən filippinli millətçi, həkim və yazıçı.
Xose Rizal | |||
Doğum tarixi | 19 iyun 1861 | ||
Doğum yeri | Kalamba | ||
Vəfat tarixi | 30 dekabr 1896 | ||
Vəfat yeri | Manila | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allaha şübhə etmək öz vicdanına şübhə etməkdir və nəticədə hər şeyə şübhə etmək olar.
- Ana dilini sevməyən insan heyvandan, üfunətli balıqdan betərdir.
B
redaktə- Bəzilərinin zülmü ancaq başqalarının qorxaqlığı ilə mümkündür.
- Biz Filippinin xoşbəxtliyini istəyirik, lakin bunu nəcib və ədalətli yollarla əldə etmək istəyirik. Onu xoşbəxt etmək üçün bədxahlıq etməli olsam, bundan imtina edərdim, çünki əminəm ki , qum üzərində qurulan gec-tez yıxılacaq.
- Bu gün Milad gecəsidir. Məsihin məhz bu tarixdə anadan olub-olmaması vacib deyil. Lakin xronoloji dəqiqliyin bu gecəki hadisə ilə heç bir əlaqəsi yoxdur. Həqiqəti və sevgini təbliğ edən böyük bir dahi doğuldu; missiyasına görə əziyyət çəkən; və onun əzabları sayəsində dünya xilas olmasa da, daha yaxşı oldu. Sadəcə bəzi insanların onun adından sui-istifadə edərək çoxsaylı cinayətlər törətdiklərini görmək ürəyimi bulandırır. Əgər cənnətdədirsə, mütləq etiraz edəcək!
Ç
redaktə- Çox sevənin də əziyyəti çox olar.
D
redaktə- Dahilərin ölkəsi yoxdur. Hər yerdə çiçək açır. Dahi işıq, hava kimidir. Hamının mirasıdır.
F
redaktə- Filippinlilər başa düşmürlər ki, qələbə mübarizənin övladıdır, sevinc əzabdan çiçək açır, xilas isə fədakarlığın məhsuludur.
H
redaktə- Həmyerlilərimə dedim ki, acınacaqlı deyilmi ki, biz özümüzü əcnəbidən öyrənməliyik? Alman alimləri sayəsində biz özümüz haqqında dəqiq məlumat əldə edirik və ölkəmizdə hər şey məhv olanda və biz müəyyən faktların tarixi düzgünlüyünü yoxlamaq istəyəndə bu faktları axtarmaq üçün Almaniyaya, alman muzeylərində və kitablarında axtarmalı olacağıq.!
- Hər kəs öz bildiyi kimi tarix yazır.
Q
redaktə- Qızılgül tacları və dəfnə çələngləri azad xalqların ixtirasıdır.
- Qul olmayan yerdə tiran da yoxdur.
M
redaktə- Mən qulların, cəlladların və zalımların olmadığı yerə gedirəm, imanın öldürmədiyi yerə; hökmranlıq edən Allahdır.
O
redaktə- Orta əsrlərdə hər pis şey şeytanın, yaxşı olan hər şeyin, Allahın işi idi. Bu gün fransızlar hər şeyi tərsinə görür və buna görə almanları günahlandırırlar.
S
redaktə- Səyahət uşaqlıqda kapriz, gənclikdə həvəs, kişilikdə zərurət, qocalıqda elegiyadır.
Y
redaktə- Yaşamaq insanlar arasında olmaqdır, insanlar arasında olmaq isə mübarizə aparmaqdır, təkcə onlarla deyil, özü ilə də mübarizədir; həm də öz ehtirasları ilə.