- Acizi tutmaqdan əl götürdü şir,
Şirlər aciz ovu etməzlər əsir.
- Aman istəyincə qurbağalardan,
Yaxşıdır balıqtık tez qərq olasan.
- Ceyran çətin vaxtda şir olur bəzən.
- Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan.
- Hər bir dərdə qatlaş, möhkəm duraraq,
Gözlə ki, basmasın yük səni ancaq.
- İgidlikdən deyən qoçaq adamlar,
Şir yıxıb sonradan şir adı alar.
- Oğrunun əlində olsa yüz dəhrə,
Bir qışqırsan qorxub yıxılar yerə.
- Ovlamaqdan qalsa bir tülək tərlan,
Min təpik yeyəcək sərçədən hər an.
- Özündən alçaqla çəkin qovğadan,
Yıxıb yıxılmaqdan incik olarsan.
Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar.
- Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insan.
- Samantək oynasa güləndə hər kəs,
Bir dağ olsa belə saman dəyməz.
- Şir kimi hücum et, şirə rast gəlsən,
İt görən zamanda gəl baş qoşma sən.
- Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.