Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir. Abbasqulu ağa Bakıxanov
Bəziləri ana bətninə qayıdır, pislik edənlər yeraltı dünyaya, salehlər cənnətə, istəklərdən məhrum olanlar Nirvanaya çatır. Qautama Budda
Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır. Kəlilə və Dimnə
Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır. Viktor Hüqo
Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır. Viktor Hüqo
Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Əli
Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər. Əli
İblislə insan arasındakı fərq nədən ibarətdir? Hötenin Mefistofeli deyir: “Mən, bütövün pislik istəyən, amma yaxşılıq edən hissəsiyəm”. Əfsuslar olsun ki, insan tamamilə bunun əksini deyərdi. Fyodor Dostoyevski
İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: " Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?" Korneliya Parker
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
Ölümün bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyinə inanmağa alışın, çünki bütün yaxşılıq və pislik hisslərdədir və hiss ölümlə başa çatır. Buna görə də ölümün bizim üçün heç bir şey olmadığına dair həqiqi inam fani həyatı ona sonsuz bir zaman əlavə etməklə deyil, ölümsüzlük arzusunu əlindən alaraq xoşbəxt edir. Çünki ölümdə qorxacaq bir şey olmadığına tam əmin olan insanın həyatda qorxacaq bir şey tapması üçün heç bir səbəb yoxdur. Deməli, ölümdən qorxduğunu deyən də axmaqdır, gələndə ağrılı olacağı üçün deyil, onu intizar çəkmək ağrılıdır; Çünki mövcud olduğu zaman heç bir yük olmayan şey, gözlənilən zaman heç bir məqsədə ağrı vermir. Buna görə də pisliklərin ən qorxulusu olan ölüm bizi maraqlandırmır; çünki biz mövcud olduğumuz müddətdə ölüm yoxdur, ölüm olanda isə biz artıq mövcud deyilik. Epikür
Soyuq yoxdur! Bu sözü istilik olmayanda keçirdiyimiz hissi təsvir etmək üçün yaratdıq. Qaranlıq da yoxdur. Qaranlıq əslində işığın olmamasıdır. Qaranlıq, insanın işıq olmayanda nə baş verdiyini təsvir etmək üçün istifadə etdiyi bir anlayışdır. Pislik yoxdur! Pislik, sadəcə Allahın olmamasıdır. Pislik, insan qəlbində ilahi sevginin olmamasının nəticəsidir. Bu bir növ istilik olmayanda düşən soyuğa, işıq olmayanda isə düşən qaranlığa bənzəyir. Albert Eynşteyn