Jan de Lafonten

(Yan de Lafonten səhifəsindən yönləndirilmişdir)

Jan de Lafonten (8 iyul 1621 – 13 aprel 1695) - Fransız şairi və təmsilçisi.

Jan de Lafonten
Doğum tarixi 8 iyul 1621
Doğum yeri Château-Thierry
Vəfat tarixi 13 aprel 1695
Vəfat yeri Paris
Dəfn yeri Per-Laşez qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
  • Ayrılıq sevginin məlhəmi olduğu kimi, qəzəbi də, kini də azaldar. [1]
  • Bəzi insanlar böyük kainatı tanıya bilirlər, lakin özlərini tanıya bilmirlər.
  • Bir işə başladığınız zaman sonu haqqında düşünün.
  • Dahilər sirkədən çox balda boğulurlar.
  • Eşqə heç nə hökm edə bilməz, əksinə, o hər şeyə hökm edir.
  • Ən ağır yük sirrdir. Xoş o yükü daşıya bilənə.
 
Güclülərin fikri həmişə ən yaxşısıdır.
  • Görünüşə görə qərar vermə.
  • Güclülərin fikri həmişə ən yaxşısıdır.
  • Heç bir zəfərə çiçəkli yollarla gedilmir.
  • Xəstəsini məmnun edən yeganə xəstəlik eşqdir.
  • İnsanlar bir-birinə kömək etməlidir; bu təbiətin qanunudur.
  • Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman.[2]
  • Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
  • Mənim kədərim zamanın qanadları üstündə uçur.
  • Məsləhət vermək həvəskarı minlərlədir, amma məsləhətlərə əməl edən çox azdır.
  • Ölüm qapını döyüncə açmamaq olmaz.
  • Pulundan ən az istifadə edən xəsisin özüdür.
  • Toyuq tutmuş tülkü kimi utanır.
  • Sevgi, eşq, sən bizə hakim olanda, deyə bilərik: əlvida, ehtiyatlılıq!
  • Səbr və zaman güc və ehtirasdan daha böyük işlər görür.
  • Susadıqda quyuya enməyinə enməli, lakin necə çıxılacağını da düşünməli.

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.20
  2. Ağıla və qəlbə işıq saçan sözlər