A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk

B Redaktə

  • Bir adamın öz özünü məğlub edərək qazandığı zəfər, bir başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır. Qautama Budda
  • Bir millət irfan ordusuna malik olmadıqca, savaş meydanlarında nə qədər zəfərlər əldə edərsə-etsin, o zəfərlərin yaşaması ancaq irfan ordusu ilə mümkündür. Mustafa Kamal Atatürk
  • Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk

D Redaktə

  • Döyüş ustası olanlar hirslənməzlər. Zəfər ustası olanlar qorxmazlar. Ağıllılar döyüşmədən zəfər qazanar, cahillər zəfər üçün döyüşərlər. Sun Tzu
  • Dünya tar-mar olsa belə, qoy ədalət zəfər çalsın. Siseron

Ə Redaktə

  • Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. Platon
  • Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. Əbu Turxan
  • Ən qorxulu an zəfər anıdır. Napoleon Bonapart

H Redaktə

  • Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük bir məqsədə çatmaq üçün lazım olan ən mühüm vasitədir. Mustafa Kamal Atatürk
  • Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir. Pittak

M Redaktə

  • Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi

Ö Redaktə

  • Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... Ernesto Çe Gevara

S Redaktə

  • Savaşı sevirəm, çünki sonunda zəfər var. Alp Arslan

T Redaktə

  • Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)

Z Redaktə

İstinadlar Redaktə

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319