Yanina İpaxorskaya
Janina İpohorska (1914–1981) — Polşalı rəssam və jurnalist idi. O, bir çox təxəllüsü ilə həftəlik "Pşekrui" aforizmləri sütununa rəhbərlik edirdi.
Yanina İpaxorskaya | |||
Doğum tarixi | 15 avqust 1914 | ||
Doğum yeri | Lvov | ||
Vəfat tarixi | 20 sentyabr 1981 | ||
Vəfat yeri | Krakov | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adi bir qadınla adi kişi bir-birini qeyri-adi hesab edirsə, bu sevgidir.
- Ağıl, kişinin başqa hər şeyi öyrəndiyi zaman qadında axtardığı şeydir.
- Avtomobillər kişilərə qadınların dünyanın ən şıltaq məxluqları olmadığını öyrədir.
B
redaktə- Bəlkə də iş çox da xoş bir məşğuliyyət deyil, amma səhər harasa getməlisən.
- Bəşəriyyətə ən böyük təsiri, demək olar ki, heç kimin oxumadığı kitablar edib.
- Bir qadın həmişəkindən daha çox danışırsa, bu o deməkdir ki, o, sizdən bir şey gizlədir.
- Bir qızı öpüb öpməyəcəyinizi bilmirsinizsə, hər ehtimala qarşı öpün.
- Bunu ayırd etmək lazımdır: qəti imtina, müvəqqəti imtina, şərti imtina və qadınların imtinası.
E
redaktə- Eşitdiyiniz yalanların yarısı doğru deyil.
- Evi nümunəvi qaydada saxlayan xanımlar — adətən o arvadlardır ki, daha çox evlərini sevirlər, nəinki ərlərini.
- Eyni səhvi iki dəfə təkrarlamamaq üçün saçlarımızı hər dəfə müxtəlif rənglərə boyayırıq.
Ə
redaktə- Əbədi sevgi təxminən altı ay davam edir.
- Əgər kişi həmişə gözəl görünən, söhbət etməyi bilən, siyasətlə maraqlanan, yaxşı oxuyan və eyni zamanda ilk iraddan sonra susan qadın axtarırsa — ona qadın yox, televizor lazımdır.
G
redaktə- Gənc gözəl qadın təbiətin möcüzəsidir. Orta yaşlı gözəl qadın sənət möcüzəsidir.
- Gözəl olun və səssizcə oturun. Birincisi daha asandır.
H
redaktə- Hansısa minbərdən yenə də lənətlənəcəksən.
- Hər gün yarım saatınızı kədərinizə həsr edin və bu yarım saatdan bir az yatmaq üçün istifadə edin.
- Həyat tramvay kimidir — vaqon sürücüsü ilə danışa bilməzsən.
İ
redaktə- İki arvadı olanın itə ehtiyacı yoxdur.
- it al. Bu, pulun sevgini satın ala biləcəyi yeganə yoldur.
K
redaktə- Karyera qadınlar üçün daha çətindir, çünki onları irəliyə aparacaq həyat yoldaşı yoxdur.
- Kiçik oğlan qızları öpməyin axmaqlıq olduğuna əmindir. Sonra fikrini dəyişir. Lakin sonra öz ilkin fikrinə qayıdır.
- Kişi evin ağası olmalıdır, təbii ki, evli olmasa.
- Kişinin həyatında qadını tam başa düşmədiyi iki dövr var: toydan əvvəl və sonra.
- Kişilər sadəcə qadınları anlamırlar. Bu onlara daha az başa gəlir.
Q
redaktə- Qadın paltoları üçün xəz əksər hallarda kişilərdən çıxarılır.
- Qadının doğum haqqında şəhadətnaməsi həmişə ondan böyükdür.
- Qadınlar uşaqlar kimi yox deməyi sevirlər. Kişilər də uşaqlar kimi buna ciddi yanaşırlar.
- 40 yaşına girmək çətindir, ondan çıxmaq isə daha çətindir.
M
redaktə- Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür.
- Mən sevirəm və sevilirəm. Təəssüf ki, onlar eyni adam deyillər.
- Müəyyən yaşa qədər yaşayıb belə qənaətə gəlirsən ki, sənin yaşında bütün məşhurlar artıq məşhur olub.
N
redaktə- Nəzakətin birinci qaydası gözəl olmaq və ya heç olmasa çirkin olmamaqdır.
R
redaktə- Rəfiqələrim mənim haqqımda mənim onlar haqqında olduğum kimi fikirdədirlərsə … yaxşı deyil — mənim haqqımda yaxşı fikirdədirlər!
S
redaktə- Satıcıya dil gərək, alıcıya göz gərək.
- Səmimiyyət sadəcə özünü idarə etməməkdir.
- Sənin haqqında pis danışanları bağışla, amma sənə bu barədə danışanları deyil.
T
redaktə- Tale mükafat vermir, ancaq borc verir.
- Tam azad seçki olsaydı, hər kəs özünə səs verərdi.
- Təhsil müəssisəsinin diplomu: nəyisə öyrənmək şansınızın olduğunu təsdiq edən sənəd.
Y
redaktə- Yenə də düşmənləriniz haqqında pis sözlər eşitmək qız yoldaşlarınız haqqında xoş sözlər eşitməkdən daha xoşdur.
- Yetkinlik: hələ gənc olduğumuz, lakin daha çox çətinliklə yaşadığımız yaş.