Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundandır ürəyin solda olmağı. Çünki bəlkə də eşq, yaşanılan ən böyük günahdır. [[]]
Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)
Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır. Viktor Hüqo
İnsanlar mələk, mələklər də Tanrı olmaq istəyərlər. Aleksandr Pop
Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Avreli Avqustin
Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. Mark Tven ↑ [1] Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015