Yapon atalar sözləri

Wikipedia logo
Wikipedia logo
Yaponlar haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac canavara mətbəxi tapşırmaq.
  • Ac it ağacdan qorxmaz.
  • Acı yedizdirmək istəyirsənsə, ona balıq ver. Onun heç vaxt ac qalmamasını istəyirsənsə, ona balıqçı toru ver. [1]
  • Adam sevdiyi işi yaxşı görər.
  • Adamı brilyant edən çəkdiyi çətinliklərdir.
  • Adət-ənənələr haqda mübahisə etməzlər.
  • Adi insanlar olmadan dahilər də olmur.
  • Adi insanlardan dahi insan alınmır.
  • Adi yolla qeyri-adi get.
  • Axar suda rəqəm yazmaqdan faydasız heç nə yoxdur.
  • Axına qarşı gedən sazan (balıq) belə əjdaha ola bilər.
  • Axmaq və dəlilərə yol ver!
  • Axmaqdan da xeyir olur.
  • Axmaqdan qorxulu heç nə yoxdur.
  • Axmaqdan təhlükəli düşmən yoxdur.
  • Axmaqlar kütlə ilə gəzərlər.
  • Axmaqlar üçün dərman yoxdur.
  • Axmağın sonrakı ağlı.
  • Axşam sərxoş, səhər tənbəl.
  • Ağ dəri kifirliyi gizlədir.
  • Ağacdan meymun da yıxıla bilər.
  • Ağacı çiçəkləyəndə tanıyarlar.
  • Ağacın düz qalxmasını istəyirsənsə, onu hələ cavan ikən düzəlt.
  • Ağası necədirsə, nökərləri da elədir.
  • Ağcaqanadı vızıltısına görə yox, adamların qanını sorduqlarına görə öldürürlər.
  • Ağıllı qırğı caynaqlarını gizləyər.
  • Ağıllının yanında uşaqlar öyrənmədən də oxuya bilirlər.
  • Ağılsızlığın hakim olduğu yerdə, ağıl gizlənər.
  • Ağız - bütün bədbəxtliyimizə də, xəstəliyimizə də səbəbdir.
  • Ağızda bal, qarında iynə.
  • Ağızdan çıxan sözə dördatlı araba ilə də çata bilməzsən.
  • Allah düzgün ürəklərdə yaşayır.
  • Almaq üçün verirlər.
  • Almazı cilalandırmasan, qiymətli daş kimi parıldamaz.
  • Artıq əşya – artıq qayğı.
  • Arvad ilə qazan, nə qədər köhnə olsalar bir o qədər yaxşıdır.
  • “Arvaddan qorxmaq” xəstəliyinə tutulmaq.
  • Arzu kisəsinin dibi görünməz.
  • Asta gedən – çox gedər.
  • Aşiqə min ri də bir görünər. (Ri - ölçü vahidi, 3,9 km-ə bərabərdir).
  • Ata-ana sağdır - hörmət elə, ölüb - xatırla.
  • Ata-ananın şöhrətinin şöləsi uşaqların da üstünə düşür.
  • Ata işləyərkən oğul dincələrsə, nəvə dilənçi olar.
  • Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir.
  • Atanın hissi dağlardan uca, ananın hissi ümmanlardan dərindir.
  • Atı yolda, insanı ünsiyyətdə tanıyarlar.
  • Atın biri götürüləndə - mini də ona baxıb götürülər.
  • Atın dözümlülüyü yolda, insanın xasiyyəti – zaman ötdükcə bilinər.
  • Avara boşboğaz olar.
  • Ayağını isti tut, başını sərin.
  • Bacardığın hər bir şeyi et, qalanını talehə həvalə et.
  • Bağışlanan şeyə heyfsilənməzlər.
  • Balıq istəsə su yol verər.
  • Başqa yerlər – başqa əşyalar.
  • Başqalarında güllər daha qırmızıdır.
  • Başqalarında hər şey yaxşı görünür.
  • Başqasının fundosisində* mübarizə aparmaq. (*Fundosi (褌 – bel sarğısı) və ya sitaobi (下帯 – alt obisi (obi – 帯 – kəmər)) – yapon kişi alt geyimi).
  • Başları böyük olanlar uğurludurlar.
  • Bayram axşamı bayram günündən yaxşıdır.
  • Bədbəxtlik ardınca bədbəxtlik.
  • Bədbəxtlik dostları bir-birinin halına acıyır.
  • Bədbəxtlik gəldi, özünə güvən.
  • Bədbəxtlik xoşbəxtliyə çevrildi.
  • Bədbəxtlik tək gəlmir.
  • Bədbəxtlik və xoşbəxtlik kəndirin lifləri kimi bir-birinə qarışır.
  • Bəla ötən kimi geyin-keçin.
  • Bəli, o, adamın gözündən girib burnundan çıxar.
  • Bəzən qaçmaq qalib gəlməkdir.
  • Bəzən qaçmaq qələbə sayılır.
  • Bəzən usta da səhvə yol verir.
  • Bilən danışmır, danışan bilmir.
  • Bir adama şübhə eləməmiş yeddi dəfə yoxla.
  • Bir adamdan şübhələnməmişdən qabaq onu yeddi dəfə yoxla.
  • Bir az əyilməyə qorxma, düz dikələrsən.
  • Bir cəhd - iki nailiyyət.
  • Bir çürük ərik yüz safını da korlar.
  • Bir dostunuz yemiş baxçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir.
  • Bir durna qaqqıltısı min sərçə cikkiltisindən xoşdur.
  • Bir durnanın qışqırtısı min sərçənin cikkildəməsindən daha yaxşıdır.
  • Bir general ad qazanır, min əsgərin sümüyü çürüyür.
  • Bir hərəkətə görə bütün iş barədə mühakimə yürüdürlər.
  • Bir xoş söz üç soyuq qış ayını isidə bilər.
  • Bir mona qızırğanan - yüzünü itirər. (Mon - xırda yapon sikkəsi)
  • Bir nəfər dünyaya hakim ola bilməz, dünya hamıya məxsusdur.
  • Bir tanrı unutsa, o biri kömək edər.
  • Birənin başını balta ilə kəsmək.
  • Birinci düyü məhsulu axırıncıdan ləzzətli olar.
  • Birinci nəvə, adama doğma uşaqlarından əziz olar.
  • Bizə nə qədər borclu olduqları yadımızda qalır, ancaq bizim nə qədər borclu olduğumuz yadımızda qalmır.
  • Bolluqda dərman da zəhərdir.
  • Boş çəllək bərk səs çıxarır.
  • Boşboğazlığın sonu işin başlanğıcıdır.
  • Böhtan cəmi yetmiş beş gün bəs eləyər.
  • Böyük adam balaca işlərlə məşğul olmaz.
  • Böyük ağıl yiyəsi olan adam ağılsıza oxşayar.
  • Böyük balıq bataqlıqda olmaz.
  • Böyük balıq göldə yaşamır.
  • Böyük bədbəxtliklər kiçik səbəblərdən doğur.
  • Böyük istedadlar gec püxtələşir.
  • Böyük istedadlar gec yetişir.
  • Böyük işə başlarkən kiçik nöqsanlara baxma.
  • Böyük işlərdə xırda çatışmazlıqları fikirləşmirlər.
  • Böyük satqınlıq sadiqliyə bənzəyir.
  • Böyük uğur çoxlu xırda narahatlıqlar yaradır.
  • Bu da kiçik balıqqulağının gətirdiyi xoşbəxtlik.
  • Bu gün dəbdə olan sabah yararsızdır.
  • Bu gün üçün əlli yaxşıdır, nəinki sabah üçün yüz.
  • Budaq çəkəndə küləyin nəfəsini eşitmək lazımdır.
  • Budda məbədində yaşayan oğlan, öyrənmədən sutraları* oxuyur. (*Sutra -Hindistan fəlsəfi məktəbi olan yoqanın əsas mətni)
  • Bülbülə - gavalı, qaranquşa - söyüd. (Yaponiyada bülbülü gül ilə yox, gavalı ağacı ilə assasiasiya edirlər - əlaqələndirirlər).
  • Bülbüllər yüz yaşacan hoppanırlar.
  • Bülbüllərin onun üçün oxuduğu vaxtlar da olub.
  • Bütöv məhəllədə ancaq əri xəbərsizdir.
  • Canın qayğısına qalmaq ən yaxşı dərmandır.
  • Cavab verməyi asandır, qaldırılması çətin.
  • Cinayəti mühakimə et, canini yox.
  • Çay bulandırmağı sevir.
  • Çəkilmiş yay ya tez, ya gec boşalacaq.
  • Çətiri islanmadan əvvəl götür.
  • Çiçəklənən bir gün mütləq solacaq.
  • Çılpaq insanın itirəcək heç nəyi yoxdur.
  • Çox hürən it qapmaz.
  • Çox nəzakət gözləyən həmişə ac olar.
  • Çox yox, lakin geniş yaşa.
  • Çoxlu il – çoxlu kin.
  • Dahilərin sözləri yoxsullar üçün deyil.
  • Daim gülən adamın ürəyində nə olduğunu demək çətindir.
  • Danışmağı da, dinləməyi də gərək bacarasan.
  • Danışmayan bilir, danışan bilmir.
  • Daş da danışa bilər.
  • Daşın da üstündə əgər üç il otursan, qızar.
  • Dayaz çaylar səsli-küylü axar.
  • Dedi-qodu yetmiş beş günə qədərdir.
  • Demək asandı, eləmək çətin.
  • Dəli qaçanda ardınca ağıllılar da qaçırlar.
  • Dəlil mühakimədən yaxşıdır.
  • Dəliyə də yol ver, səfehə də.
  • Dəmir odda, insan təqsirdə sınanır.
  • Dəniz quldurları dağ quldurlarını cinayətlərdə ittiham edirlər. [2]
  • Dərdi bir olanlar, bir-birinin halına yanar.
  • Dərin çaylar səssiz axar.
  • Dərk etməyə qısa yol olmur.
  • Dəyirmi yumurtanı kvadrat şəklində də kəsmək olar.
  • Dilənmə, əziyyət çək.
  • Dinməzlərdən çəkin.
  • Dinməzlərlə söhbətdə qulağını yaxşı aç.
  • Dosta borc pul vermək dostu itirmək deməkdir.
  • Dostluqda da sərhədi bil.
  • Dostluq və sake nə qədər köhnə olsa, o qədər yaxşıdır.
  • Döyüşdə hər iki tərəf günahkardır. [3]
  • Durmazdan qabaq hay ver.
  • Dünəndən öyrən, bu gün yaşa, sabaha ümid et.
  • Dünyada ən böyük sərvət uşaqlardır.
  • Düşmən zəif də görünsə də saymazyanalıq etmə, güclü də görünsə - qorxma.
  • Düşünərək qərara gəl, qərara gəldinsə, düşünmə
  • Düyünün içindəki qara daşlardan qorxma, ağ olanlardan qorx.
  • Düz adam düz bambuk kimidir, az rast gəlinər.
  • Düz yolla alımayan dövlət və şöhrət buludb kimi dağılar.
  • Edoda edilən yamanlığın intiqamını Naqasakidə alır. (Edo - Tokionun qədim adı).
  • Ehtiramlı göyərçin öz ata-anasından üç budaq aşağıda oturur.
  • Elə olur ki, kappa da batır. (Kappa - nağıllarda sularda yaşayan ruh).
  • Elə olur ki, yarpaq batır, daş uçur.
  • Elə təsadüf olmayıb ki, lüt bir şey itirə.
  • Elm yolunda xərclənən pul gələcək üüçün qoyulan ən böyük sərmayədir.
  • Elmdə qısa yol yoxdur.
  • Elmin qısa yolları yoxdur.
  • Erkən qalxma üç fəzilətə bərabərdir.
  • Eşqdə susmaq danışmaqdan faydalıdır.
  • Evdən yaxşı yer yoxdur.
  • Əcinələr məbədin qarşısında yaşayırlar.
  • Ədalətli adam özünə sərt, özgəyə yumşaq yanaşar.
  • Ədavət evə kasıblıq səpər.
  • Əgər indiyə qədər qarşına maneə çıxmayıbsa, deməli heç nə eləməmisən.
  • Əgər qılınca ömründə cəmi 1 dəfə ehtiyacın olsa belə, onu daim özünlə götür.
  • Əgər məharətlə davranılsa, axmaq da, küt qayçı da faydalı ola bilər.
  • Əxlaqsızlığın ən böyüyü pozğunluqdur, xeyirxahlığın ən böyüyü oğul borcudur.
  • Əks tərəfin də əks tərəfi var.
  • Ələ götürülən uşaq belə götürülən uşaqdan əzizdir. (Yaponiyada uşaqları, adətən, belə götürürlər, ələ o uşağı götürürlər ki, onu ərköyün böyüdürlər)
  • Əlində fənər tutanın ayağının altı həmişə qaranlıqdır.
  • Ən qəddar ilanı çoxlu qarışqa məğlub edə bilər.
  • Ən uzaq yol da ilk addımdan başlayır.
  • Ən yaxşı güzgü də şeylərin o biri tərəfini göstərmir.
  • Ən yaxşı çahin də uça bilməsə, heç nə ovlaya bilməz.
  • Ər və arvad olmaq azdır. Dost və sevgili də olmaq lazımdır ki, sonra kənarda axtarmayasan.
  • Ər - arvadın savaşı ilə qərb küləyi axşam düşəndə yatar.
  • Ərlə arvad əkiz kimidir.
  • Əsl döyüşçü odur ki, o, rəhmlidir.
  • Əsl səbr o zaman olur ki, nə zaman ki səbr etməyə gücün çatmır.
  • Əsl səbrlilik çox az adamlarda olur.
  • Əşya olmasa, kölgə də olmaz.
  • Əşya və kölgə bir-birilərinə rəğbət bəsləyirlər.
  • Əvvəl - qulluq, sonra - dərman.
  • Əvvəli varsa, axırı da olacaq.
  • Əyri budağın, əyri də kölgəsi olacaq.
  • Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir.
  • Əzab sevincin mənbəyidir.
  • Əziyyəti xərclədin, yorğunluğu aldın.
  • Falçı öz gələcəyini bilmir.
  • Fərsiz köpək bərkdən hürər.
  • Fikirləş - qərara gəl, qərara gəldin - fikirləşmə.
  • Fuqu balığının şorbasından yeyən də səfehdir, yeməyən də. (Fuqu - xeyli dadlı, ancaq çox halda zəhər verən balıqdır.).
  • Gedən adam gündən-günə yad olur.
  • Gedəni saxlama, gələni qovma.
  • Geri çəkilmək qorxulu deyil, mübarizəni davam etdirməmək qorxuludur.
  • Gələcək haqda danışmaq, iblisləri güldürməkdir.
  • Gəlini evə gələn kimi öyrət.
  • Gəmi limana girən kimi qəzaya uğradı.
  • Gizlədilməli olan şeyi etmə.
  • Gizli edilən xeyirxahlıq hamıya aşkar mükafatlandırılar.
  • "Görməyə gözüm yoxdur" demək - "sevirəm" deməkdir.
  • Görüş ayrılığın başlanğıc nöqtəsidir.
  • Görüş ayrılmasının başlanğıcıdır.
  • Göy susur, onun yerinə insanlar danışır.
  • Gözəl güllər yaxşı meyvə gətirməz.
  • Gözəl olmaq həmişə xoşbəxt olmaq deyil.
  • Gözləmək həmişə uzun çəkir.
  • Güclü qırğı caynaqlarını gizlədir.
  • Gücün haqlı olduğu yerdə, haqqın gücü olmaz.
  • Gülüş olan evə xoşbəxtlik gələr.
  • Gündə üç dəfə özünə göz gəzdir.
  • Gündüz doğulan uşaq atasına, gecə doğulan uşaq anasına oxşar.
  • Gündüzün gözləri, gecənin qulaqları var.
  • Günəş doğruları tanımır. Günəş yanlışları tanımır. Günəş kimisə isitmək məqsədi olmadan parlayır. Günəşdən nümunə götür.
  • Günorta yanan fənər kimi faydasız.
  • Güzəşt etsən, udarsan.
  • Hakim və bonza nə qədər yaşlı olsalar, bir o qədər yaxşı olar. (Bonza- Yaponiyada və Çində budda kahini).
  • Haqq həmişə qalib gələn ordunun tərəfində olar.
  • Hava soyuduğunda kölgə verən ağacları unudarsan ...
  • Heç bir vəzifə hissi və insan gözü olmayan yerdə hər şey mümkündür.
  • Heç etməməkdənsə, gec etmək daha yaxşıdır.
  • Heç kəs öz ağırlığını hiss eləmir.
  • Heç kim çarpayıda uzanaraq büdrəmir.
  • Heç olmasa dizlərinlə məsləhətləş.
  • Heç öz başından milçəyi qova bilmir.
  • Həddindən artıq dürüstlük axmaqlığa bərabərdir.
  • Həddindən artıq güclü olan məhəbbəti, ondan yüz dəfə artıq qəzəb doğurar.
  • Həddindən artıq nəzakət yaltaqlığa çevrilir.
  • Həddindən artıq təvazökarlığın arxasında qürur gizlənir.
  • Həqiqi nitq gözəl deyil, gözəl nitq həqiqi deyil.
  • Həmişə gülən adamın qəlbində nə olduğunu demək çətindir.
  • Hər bir insan pis və yaxşı xüsusiyyətlərinə görə dostlarına borcludur.
  • Hər bir yadı oğru hesab et.
  • Hər il daha yaşlı və daha ağıllı olursan.
  • Hər kişinin öz Yan-szısı var. (Yan-szı - nağıllarda qədim Çin şahzadəsi).
  • Hətta bədbəxtlik də üç ildən sonra kara gələ bilər.
  • Hətta min illik yol da bir addımdan başlayır.
  • Hətta oğru olmaq üçün on il oxumaq lazımdır.
  • Hətta pişik və it də üç il yedirəndə yaxşılığı itirmir.
  • Həyat var olduqca ümid də yaşayar.
  • Həyatda sevinc və kədər başqalarından asılı olur.
  • Hörmət bəslənilən məbəd darvazasından bilinər.
  • Xarakteri yox, vücudu doğurlar.
  • Xeyir də, şər də sənin qəlbindədir.
  • Xeyir işi gecikdirmə.
  • Xeyirxah tənha qalmaz, həmişə qonşusu olar.
  • Xeyirxahlığı kindən tez unutma.
  • Xəcalət hiss edən, məsuliyyət də hiss edir.
  • Xəyal yoxsa, məyusluq da yox.
  • İblisin dəmir dirəyi olmaq.
  • İçki içən adam şərabın zərərini, içməyən isə faydasını bilmir.
  • İçməyən bilməz suyun sərxoşedici dadını.
  • İki dəfə baş verən hadisə, üçüncü dəfə də baş verə bilər.
  • İki qardaş iki qol kimidir.
  • İlin planı, təzə ilin birinci günü utular, günün planı - səhər tezdən.
  • İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər.
  • İlan izini, ilan o saat bilər.
  • İlanı hətta bambukdan qayrılmış lüləyə də salsan yenə düz olmayacaq.
  • İlanın uzunluğu bir supdan artıq deyıl, amma elə bil adamı indicə udacaq. (Sup - 3,8 sm-ə bərabər ölçü vahidi).
  • İnsafsız uşaqlar ata evini söyərlər.
  • İnsan ağlayan uşaqla torpaq sahibi qarşısında gücsüzdür.
  • İnsan qəbirdə, ondan sonra dünyaya həqiqət.
  • İnsan sevdiyi işi yaxşı görər.
  • İnsanı tanımaq istəyirsənsə, onun dostlarını tanı..
  • İnsanın xarici görünüşü aldadıcı olur.
  • İnsanları sevən çox yaşayır.
  • İnsanların qüssələndiyi yerdə sən də qüssələn.
  • İrəli çıxanı vurarlar.
  • İrəli gedən digərlərini də aparar.
  • İstedadı miras qoymurlar.
  • İstedadınızın yelkənlərini qaldırın.
  • İstedadlı adam az yaşayar.
  • İstər gül, istər ağla - bir ömürdən artıq yaşamayacaqsan.
  • İstəyirsən sın, lakin çat.
  • İsti keçdi, kölgə də unuduldu.
  • İstiotun dənələri xırda olsa da, çox kəskindir.
  • İş sözdən daha möhkəm danışar.
  • İşıq sönməzdən əvvəl daha parlaq yanar.
  • İşləyən dəyirman donmaz.
  • İtin biri hürər, digərləri ciddiyə alıb qoşularlar.
  • Kabo üçün hər qələm yaxşıdır.(Kabo - IX əsrdə yaşamış məşhur yapon xəttahı).
  • Kağız fənərə mis zəng.
  • Kasıb olan axmaqdır.
  • Kasıbın dövləti uşaqlarıdır.
  • Kef eləməyə yadlar, kədərlənməyə özününkülər.
  • Kədər – cırılmış paltar kimidir, onu evdə qoymaq lazımdır.
  • Kənardan baxanın səkkiz gözü olar.
  • Kimdən pis iy gəlirsə, onun özü bunu hiss etmir.
  • Kirpik də yaxındadır, amma görə bilmirsən.
  • Kişi onu başa düşən adam üçün həyatını verər; qadın onu sevən adam üçün bəzənər.
  • Kişi - şam ağacı, qadın - qlinisiyadır. (Qlisiniya - ətirli çiçəkləri olan, salxımşəkilli sarmaşan bitki. Şam ağacına sarmaşır).
  • Kişi ürəyi payız səması kimi dəyişkən olur.
  • Kişinin başı, qadının ürəyi.
  • Kitab insan ruhuna məlhəmdir.
  • Kitablar ruhun qidasıdır.
  • Kobud səhvdən sonra miskincəsinə üzr istəmə.
  • Konfutsinin* də bəxti həmişə gətirməyib ki. (*Konfutsi – e.ə. 551-479-cu illlərdə yaşamış çin mütəfəkkir və filosofu.)
  • Kor dilənçi də heç olmasa çiçəklərin ətrini duyur.
  • Kor ilan heç nədən qorxmaz.
  • Kor sədaqətdən sədaqətsizliyə bir addım yol var.[4]
  • Kölgəsiz işıq yoxdur.
  • Körpüsüz keçmək olmaz.
  • Krab öz yuvasını qını boyda qazır.
  • Külək əsir, lakin dağlar tərpənmir.
  • Külək şam ağaclarından əsgik olmadığı kimi, fəlakət də hər yerdə olur.
  • Külək və albalı çiçəyi yaxın dost ola bilməzlər.
  • Qaba tökülən su qabın şəklini alır, insan isə yaxşılığı, pisliyi dostlarından götürür.
  • Qadın evin aşarı kimidir, gərək onu itirməyəsən.
  • Qadın istərsə, qayaları belə yarıb keçər.
  • Qadın kimonosunun qolu qurumaz. (Kimononun qolu ilə adətən göz yaşını silirlər).
  • Qadın saçı fili bağlayıb saxlayacaq qədər möhkəmdir.
  • Qadın sənə 7 uşaq bəxş etsə də, ürəyini ona açma.
  • Qadın ürəyi - bahar havası.
  • Qalxmazdan əvvəl xəbər elə.
  • Qarabatdaq yolu gedən qarğa batar.
  • Qaradinməz adamdan özünü gözlə.
  • Qaranlıqda it nəcisi də tapılmaz.
  • Qaranlıqda, uzaqdan və ya kağız çətir altında istənilən qadın gözəldir.
  • Qardaş qardaşla öz aralarında savaşar, düşmən qarşısında birləşər.
  • Qarışqalar da bəndi dağıda bilər.
  • Qarmaqarışıqlıqdan istifadə edib öz şəxsi maraqlarını qoru.
  • Qarnı tox, əynində paltar, deməli həm də nəzakətlidir.
  • Qayğılar sağlamlıq üçün zəhərdir.
  • Qaytarmaq mümkün olmayan bir şey üçün kədərlənməyə dəyməz. (Sonrakı peşmançılıq fayda verməz.)
  • Qazların hündürdə uçmasından hətta tısbağalar da ayaqlarını döyürlər.
  • Qetanın bəzəyi bağıdır, kişinin bəzəyi - arvad. (Qeta - qədim yapon akademiyası)
  • Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar.
  • Qələbə rəqibindən yarım saat daha çox səbr edənindir.
  • Qələbədə — hökümət ordusu, məğlubiyyətdə — qiyamçılar.
  • Qələbədən sonra dəbilqənin kəmərlərini bərkit.
  • Qələm qılıncdan güclüdür.
  • Qəzəbin sənin düşmənindir.
  • Qidaya olan ehtiyac sevgidən güclüdür.
  • Qiymətli daşlar da cilalanmasa parıldamaz.
  • Qırx və əlli yaşlarında kişi hələ də oğlandır.
  • Qırmancın çox uzunu atın qarnını tutmaz.
  • Qısqanclıq məhəbbətin anasıdır.
  • Qısqanclıq məhəbbbətin ürəyidir.
  • Qıza baxmamış, anasına bax.
  • Qızılın parıltısı buddanın şölələrindən işıqlıdır.
  • Qoca ağaclar əyilməz.
  • Qoca at yolu yaddan çıxarmaz.
  • Qonşudakı arpa evdəki düyüdən dadlı olar.
  • Qonşunun gülləri daha qırmızıdır.
  • Qoy tərifləməsinlər, təki söyməsinlər.
  • Qurbağaların gurultusu yağış yağdırar.
  • Qurudulmuş sardina (balıq) ilə dişlərini xırçıldadır.
  • Quş daha yüksəyi, balıq daha dərini axtarar.
  • Quş olmayan kənddə yarasa da quşdur.
  • Quyruq bulayana əl qaldırmazlar.
  • Qüsurlardan ən böyüyü əxlaqsızlıq, fəzilətlərin ən yüksəyi isə oğulluq borcudur.
  • Qüsursuzda yeddi pis vərdiş olur, qüsurluda qırx səkkiz.
  • Qüsursuzluq yeddi pis vərdişdirsə, qüsurluluq qırx səkkiz.
  • Lap qaçan ata da qırmanc gərəkdir.
  • Lazım idi- pələng etdilər, ehtiyac olmadı - siçana çevirdilər.
  • Lazımsız dərman da zəhərdir.
  • Lüzumsuz nəzakət hiyləyə dönür.
  • Mayakın altı həmişə qaranlıq olar.
  • Məgər qaranquşlar və sərçələr hacıleyləyin düşüncələrini bilə bilərlərmi?!
  • Məhəbbət aliqədrlə fəqir arasında sədd qoymur.
  • Məğlub olmaq çox vaxt qalib gəlməkdir.
  • Məğlub ordunun generalı dava haqqında danışmasa yaxşıdır.
  • Məhşur əşyalar danışıldığı qədər də yaxşı olmurlar.
  • Məsuliyyət və insani göz olmayan yerdə hər şey mümkündür.
  • Məşhurların övladları nadir hallarda məşhur olurlar.
  • Məşğul adamı xəstəlik belə dayandıra bilməz.
  • Milçəklər pis qoxusu olana uçurlar.
  • Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
  • Min ilin şöhrəti bir saatlıq davranışla müəyyən edilə bilər.
  • Min rilik* yol da ilk addımdan başlayır. (*Ri — yapon ölçü vahidi. 1891-ci il İmperator qanununa əsasən 1 ri = 3927 km-dir.)
  • Mindiyin gəmi geri dönməyəcək.
  • Murdar vicdanlı hər şeydən qorxar.
  • Musiqi dəyişəndə rəqs də dəyişər.
  • Mübahisədə bərk qışqıran qalib gələr.
  • Müdrik insan da mində bir dəfə səhv edir.
  • Müftə başa gələn ən çox qiymətləndirilir.
  • Müharibədən sonra dəbilqənin ipini bərk bağla.
  • Müharibəni bilməyən sülhü də bilməz.
  • Mülayimlik çox vaxt gücü qırar.
  • Nə qədər ki, Pikkonu görməmisən, heç yerə "gözəl" demə. (Pikko - Yaponiyada gözəl ətraf yerləri və budda məbədləri ilə məşhur olan qədim şəhərdir).
  • Nə qədər uzaq getsən, səni bir o qədər çox unudurlar.
  • Nəyi ki, diqqətlə ört-basdır edirsən, bir o qədər sürətlə aşkar olur.
  • “Nifrət edirəm” demək – “sevirəm” deməkdir.
  • O biri dünyada min gün yaşamaqdansa, burda bir gün yaşamaq yaxşıdır.
  • Od olmayan yerdən tüstü çıxmaz.
  • Odunla alovu söndürməzlər.
  • Oxuduğunuz hər şeyə inanırsınızsa, oxumasanız yaxşı olar.
  • Oğlunu istəyirsənsə, səyahətə göndər.
  • Oğru öz qapısını bağlayar.
  • On min əsgər tapmaq bir general tapmaqdan daha asandır.
  • On yaşında möcüzə, iyirmi yaşında dahi, otuz yaşdan sonra adi insan.
  • Ordusu dağılmış general döyüşlər haqda danışmasa yaxşıdır.
  • Ortaq bədbəxtliyi olan dostlar bir-birilərini əsirgəyirlər.
  • Ölənlərin üstünlükləri ilə rəqabət aparmaq çətindir.
  • Ölmək asandır, yaşamaq - çətin.
  • Ömür sürmək, belindəki yüklə uzun yol qət etməkdir.
  • Öz başını öz qılıncı ilə kəsmək.
  • Öz evində hərə bir *Berkeydir. (*Berkey - əfsanəvi yapon pəhləvanı)
  • Öz istəyinlə səyahətə çıxmısansa, min rilik yol belə bir addım kimi görünəcək.
  • Öz iti tərəfindən dişlənilmək.
  • Öz itin də hərdən qapar.
  • Öz işini özün gör.
  • Öz keçəlini üç ildir görmür.
  • Öz səhvin – öz qayğın.
  • Özgənin dərdinə istəsən lap üç il də dözmək olar.
  • Özgənin xasiyyətinə fikir verə-verə öz xasiyyətini düzəlt.
  • Özü qabağa gedən başqalarına istiqamət verər.
  • Özü özünə tabe olmayan, özgəsinə də hökm edə bilməz.
  • Özün haqda başqalarından soruş.
  • Özün - özünə əgər hörmət eləməsən, özgələri də sənə hörmət eləməyəcək.
  • Özünə ədalətli olan digərlərinə qarşı ciddi olar, mərhəmətlə.
  • Özünü sanc, onda bilərsən özgəsini necə incidər.
  • Özünü tanımaq istəyirsənsə, başqalarından soruş.
  • Pas içəridən çıxar.
  • Payız səması yeddi dəfə yarım dəyişər.
  • Pərvanə belə bütöv həyat yaşayır.
  • Pis bir insanın dostu olmaqdansa, yaxşı insanın düşməni olmaq daha yaxşıdır.
  • Pis sədaqətdən xəyanətə bir addımdır.
  • Pis sənətkardan mükəmməl güldan çıxmaz.
  • Pişiyə qurudulmuş tunesi həvalə etmək. (Qurda quzunu tapşırmaq.)
  • Pişiyi də üç il yedizdirsən, heç vaxt unutmaz.
  • Pişiyin pula ehtiyacı olduğu qədər ehtiyacım var.
  • Porsuqlar eyni yuvadandırlar. (Porblemi həll etmək mümkündürsə, ona görə narahat olmağa dəyməz, əgər həll etmək mümkün deyilsə, onda ona görə də narahat olmaq mənasızdır).
  • Problemi həll etmək mümkündürsə, bu haqda narahat olmağa dəyməz. Yox əgər onu həll etmək mümkün deyilsə, onun barəsində narahat olmaq faydasızdır.
  • Pul adamları bir-birinə yad eləyər.
  • Pul bitər, sevgi də bitər.
  • Pul cəhənnəmdə də güclüdür.
  • Pul düşməndir.
  • Pul insanları özgələşdirir.
  • Pul qurtaranda məhəbbət də qurtarar.
  • Pul, pul gətirər.
  • Pul üçün zamin dur, insan üçün – heç vaxt.
  • Puldan Buddanın da siması parıldayır.
  • Pulun sayəsində axmaq da ağadır.
  • Pulun var - pulun olmayacaq gün haqqında fikirləş.
  • Rəhm insansevərliyin başlanğıcıdır.
  • Rəhmdillik önündə qılınc da gücsüzdür.
  • Ruhən yaxın olanları həmişə bir-birinə çəkir.
  • Sabah sabahki külək əsəcək.
  • Sadə işi də dolaşdırmaq olar.
  • Sadəlik hamıya yaraşıqdır.
  • Sake qədəhinin birincisini insan içir, ikincisini sake içir, üçüncüsü insanı içir. (Sake düyü arağı)
  • Sake və ağır yuxu yoxsulluğa gedən ən qısa yoldur.
  • Sakit pişik tutur siçanı.
  • Samuray yeməsə də, diş çöpü ilə dişlərini qurdalayır.
  • Savaşan sərçələr adamdan qorxmaz.
  • Savaşanda hər iki tərəfin günahı olar.ə?
  • Sevimli övladını uzaq səyahətə göndər.
  • Sevincdə qəm toxumu var, qəmdə - sevinc.
  • Səbr - bir ömürlük xəzinədir.
  • Səbrini basa bilməyəndən müdrik olmaz.[5]
  • Səhər qırmızı sifət, axşam ağ sümük.
  • Səhər yeməyindən öncəki iş asandır.
  • Səhvini düzəltməyə utanma.
  • Səksən yaşında hətta nəhəng də cazibədardır, opis çayının ilk dəmi də ətirlidir.
  • Səma susur, əvəzinə camaat danışır.
  • Səmimiyyət ən yaxşı siyasətdir.
  • Səmimiyyət fələyə də çatar.
  • Səmimiyyət- insanın qiymətli keyfiyyətidir.
  • Sən gələcək haqda danışanda çardaqdakı siçovullar gülürlər.
  • Səni tərifləyən adama etibar eləmə.
  • Səni tərifləyənlə ehtiyatlı ol.
  • Sənin qəzəbin – sənin düşmənin.
  • Səpki kimi şöhrətpərəstliyə hamı məhkumdur.
  • Sərçələr yüz yaşına kimi atılırlar.
  • Sərkərdəni öldürmək istəsən, əvvəlcə atını öldür.
  • Siçovul da pələngə dönər, vaxtı gələndə.
  • Sifət - ürəyin güzgüsüdür.
  • Sifətin ağ olmağı yeddi ayıbı gizləyər.
  • Sınıqlığa düşəndə də çalış ki, udasan.
  • Soruşmaq bir dəqiqəlik utanc, bilməmək isə ömürlük utancdır.
  • Soyuq çay və düyü dözüləndir, lakin soyuq baxışlar və sözlər dözülməzdir.
  • Sözləri Budda kəlməsi, qəlbi ilan qəlbi.
  • Stəkandakı spirtli içkidə boğulanlar dənizdə boğulanlardan çoxdur.
  • Su, töküldüyü qabın şəklinə düşər.
  • Sudzumusini nəğmə oxuduğuna görə qəfəsdə saxlayırlar. (Sudzumusi - quş civiltisinə oxşar səslə oxuyan bir həşəratdır).
  • Susmaq gözəl çiçəkdir.
  • Suyu inək içir, süd əmələ gəlir, ilan içir - zəhər.
  • Sübut mülahizədən irəlidir.
  • Sünbül yetişəndə başını əyir, insan varlananda başını qaldırır.
  • Sürətli gedən maşın yana yuvarlanar.
  • Şaftalı və şabalıd - üç il, xurma - səkkiz il." ~ Hər şey öz sürəti ilə yetişir.
  • Şahin kimi nökəri də yedirtmək lazımdır.
  • Şahin uçuşuna, xeyirxah adam hərəkətinə görə tanınır.
  • Şam özü yanıb camaata işıq verir.
  • Şanagüllə palçıqlı yerdə bitər.
  • Şəffaf suda balıq yaşamaz.
  • Şən xasiyyəti olan dəmirin içindən də keçə bilər.
  • Şər xeyirə qalib gələ bilməz.
  • Şərab içən onun ziyanı haqda bilmir, içməyən xeyiri haqda.
  • Şirin bir şey axtarır, lakin kökə rəfdədir.
  • Tacir tacirin düşmənidir.
  • Tanımadığın hər kəsə inanma.
  • Tanışlıq arxadan təpiklə başlayır.
  • Tanrı vicdanlı qəlbdə olur.
  • Tazı əldən düşür, amma yemək qismət olur şahinə.
  • Tez qızan, tez soyuyar.
  • Tez yetişən tez də xarab olar.
  • Təbəssüm heç kəsə zərər verməz.
  • Təbəssüm olan evə xoşbəxtlik qonaq gələr.
  • Tələsən usta ola bilməz.
  • Tənbəl adam ağzıboş olar.
  • Tərbiyə soykökdən vacibdir.
  • Tərəfin də öz tərs tərəfi var. (裏には裏がある ura niwa ura ga aru)
  • Təşnə də olsan, özgə bulağından gizli içmə.
  • Təvazökarlıq müdrikliyin yaraşığıdır.
  • Top atəşində doğulan güllə səsindən qorxmaz.
  • Tündməcazlıq xeyir gətirməz.
  • Tüpürcəyi geri qaytara bilməzsən.
  • Ucuz almaq pulu itirmək deməkdir.
  • Uşaqlar ata-anasız da böyüyər.
  • Uşağı böyüdən onu doğandan irəlidir.
  • Uşağı ərköyün böyütmək onu atmağa bərabərdir.
  • Uşağı əzizləmək onu atmaq deməkdir.
  • Üç arvad bir yerə yığılsa, bazar olar.
  • Üç baş bir yerdə olar Mondzu ağlı (Mondzu - müdriklik allahı).
  • Üç daşınma, bir yanğına əvəzdir.
  • Üç gün dilənən adətkar olar.
  • Üç gün dilənən heç vaxt tərgitməz.
  • Üç günlük bonza*. (*Bonza -Asiya ölkələrində məbəddə əsas kahin)
  • Üç qız – müflislik.
  • Üç yaşında qəlbi necədirsə, yüz yaşında da elədir.
  • Ürək narahat olanda yol da narahat olur.
  • Üzə bilən bata da bilər.
  • Üzməyi bacaran boğula da bilər.
  • Vaxt insanı gözləmir.
  • Valideynləri əziyyət çəkir, övladları keyf edirlər, nəvələri dilənirlər.
  • Varlı külqabı kimidir: nə qədər dolu olsa, o qədər də çirkli olar.
  • Varlı və əsilli olmaq yadları da yaxınlaşdırar, yoxsul və bədəsil olmaq qohumları da uzaqlaşdırar.
  • Yaxınlıqda yanğın var, o isə öz xeyrini güdür.
  • Yaxşı adamın düşməni olmaq, pis adamın dostu olmaqdan yaxşıdır.
  • Yaxşı iş qapıdan qırağa çıxmaz, yaman iş min illik yerə yayılar.
  • Yaxşı quş yuva qurmağa yaxşı ağac seçər.
  • Yaxşı tacir bütöv malı bir dəfəliyinə qoymur.
  • Yaxşı üzgüçülər adətən batırlar.
  • Yaxşılığı sonraya qoyma.
  • Yağın hisini yağla təmizləyərlər.
  • Yağış damcısı daş dələr.
  • Yağış qurtarar, çətir unudular.
  • Yağış yalnız islanmaq istəmirsinizsə problemdir.
  • Yalan da dada çatır.
  • Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.
  • Yalan - oğurluğa atılan ilk addımdır.
  • Yalanda da bir həqiqət olur.
  • Yalanın ayağı olmasa da, qalmaqallı qanadları var.
  • Yalnız bir tərəfi dinləyib qərar vermə.
  • Yalvarma, çalış.
  • Yaman arvad altmış illik qıtlığa bənzər.
  • Yamanlıqda güclü olan, yaxşılıqda da güclü olar.
  • Yamanlığa yaxşılıq elə.
  • Yaraya duz tökür.
  • Yaşlı adamla atan kimi davran.
  • Yavaş irəliləyişdən qorxmamalısan, yerində durmaqdan qorxmalısan.
  • Yayın yaxşı olması, onu çəkən əldən asılıdır.
  • Yazmağı öyrənmək həştad yaşında da geç deyil.
  • Yeddi dəfə yıxıl, səkkiz dəfə qalx.
  • Yemiş gövdəsində badımcan bitməz.
  • Yeni işçinin çalışqanlığı iyirmi günə bəs edər.
  • Yeni şərabı yeni xəzə süz.
  • Yetişmiş düyü sünbülünü yerə əyər.
  • Yıxılmağım azmış kimi, üstəlik də ayaqladılar.
  • Yolda cığırdaş, həyatda isə dost lazımdır.
  • Yolda yoldaş gərəkdir, həyatda - həmdəm.
  • Yuxarı tüpürmürlər.
  • Yumurta kvadrat, küçə qadını səmimi olmaz.
  • Yüz sənətə əl atan heç birini yaxşı bilməz.
  • Zahirən ilahə, daxilən ifritə.
  • Zəhərdən də dərman olur.
  • Zəhərlənəni zəhərlə sağalt.
  • Zərərdən fayda götür.
  • Zorakılıq həyətə girəndə, ədalət həyəti tərk edir.

İstinadlar

redaktə
  1. Xəzinə. Bakı, 1997, səh.98
  2. [1] Цитаты и афоризмы.
  3. [2] Цитаты и афоризмы.
  4. Xəzinə. Bakı, 1997. səh.48
  5. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.374