Adam
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ac adam özünü oda vurar. Azərbaycan atalar sözləri/A
- Ac adam üçün çörək yaxşıdır, nəinki məscid. Ərəb atalar sözləri
- Ac adamı qurd yeməz. Azərbaycan atalar sözləri/A
- Aclıq adama oyun öyrədər. Azərbaycan atalar sözləri/A
- Ad adamı bəzəməz, adam adı bəzəyər. Azərbaycan atalar sözləri/A
- Adam adamı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu. Azərbaycan atalar sözləri/A
- Adam adamın şeytanıdır. Azərbaycan atalar sözləri/A
- Adam adıyla tanınar. Azərbaycan atalar sözləri/A
- Adam ağzından söz, qazan altından köz. Azərbaycan atalar sözləri/A
- Adam aşını-işini bilməlidir. Azərbaycan atalar sözləri/A
- Adam bilmədiyi şeyi xoşlamaz. Ərəb atalar sözləri
- Adam hər düşməndən bir ağıl öyrənər. Azərbaycan atalar sözləri/A
- Adam min acını udar bir şirinin xatirinə. Azərbaycan atalar sözləri/A
- Adam olana bir söz yetər. Azərbaycan atalar sözləri/A
- Adam olmayan başqalarını adam saymaz. Azərbaycan atalar sözləri/A
- Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz. Azərbaycan atalar sözləri/A
- Adam paltar ilə tanınmaz. Azərbaycan atalar sözləri/A
- Adam sözdən, uşaq gözdən. Azərbaycan atalar sözləri/A
- Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı. Azərbaycan atalar sözləri/A
- Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı. Azərbaycan atalar sözləri/A
- Adam var gözdən qızar, adam var sözdən qızar. Azərbaycan atalar sözləri/A
- Adam yanıla-yanıla öyrənir. Azərbaycan atalar sözləri/A
- Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. Paulo Koelyo
- Adamı dindir, sonra qiymətini ver. Azərbaycan atalar sözləri/A
- Adamı dostlarına baxıb tanıyarlar. Monqol atalar sözləri
- Adamı qılınc öldürməz, tənəli söz öldürər. Azərbaycan atalar sözləri/A
- Adamı söz, kababı köz yandırar. Azərbaycan atalar sözləri/A
- Adamı tanıyan qurd yesin. Azərbaycan atalar sözləri/A
- Adamın adı çıxınca canı çıxsa yaxşıdır. Azərbaycan atalar sözləri/A
- Adamın axır günü gərək xoş olsun. Azərbaycan atalar sözləri/A
- Adamın ən qorxduğu şey əvvəl-axır başına gəlirmiş. Oskar Uayld
- Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır. Ziqmund Freyd
- Ağıllı adam gördüyündən danışar. Monqol atalar sözləri
- Ağıllı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz. Oskar Uayld
- Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar. Çin atalar sözləri
- Araq müdrik adamı da səfeh edər. Monqol atalar sözləri
BRedaktə
- Böhtanla adamı günün günorta çağı öldürərlər. Monqol atalar sözləri
ERedaktə
- Ehtiyatlı adam nadir hallarda səhv edir. Konfutsi
FRedaktə
- Fağır adamın ağası çox olar. Monqol atalar sözləri
GRedaktə
- Gülə-gülə günah işlədən adam, ağlaya-ağlaya cəhənnəmə gedər. Məhəmməd peyğəmbər
HRedaktə
- Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur. Məhəmməd peyğəmbər
- Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir. Viktor Hüqo
- Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir. Viktor Hüqo
İRedaktə
- İnsanı ən çox üzən şey, gözləmədikləri insanlar adam olarkən, adam hesab etdiklərinin heç insan da olmamasıdır. Adam Faver
QRedaktə
- Qurumuş gölün sonası olmaz, hərdəmxəyal adamın - dostu. Monqol atalar sözləri
MRedaktə
- Müəllim dedi: “On evdən ibarət istənilən kənddə fəzilətdə məndən üstün olan adam tapılar, amma oxumağa olan sevgimə bərabər adam tapılmaz”. Konfutsi
ORedaktə
- O adam ağıllıdır ki, elədiyi səhvlər yadındadır. Monqol atalar sözləri
PRedaktə
- Pis adamın yaddaşı taxtadan olar, yaxşınınki - qranitdən. Monqol atalar sözləri
SRedaktə
- Susan adam həmişə haqlı çıxacaq. Monqol atalar sözləri
TRedaktə
- Tezdən duran adamın günü uzanar. Monqol atalar sözləri
- Təklikdə fikrini ölç-biç, adam içində - sözünü. Monqol atalar sözləri
- Tənbəl adam qorxaq olar. Monqol atalar sözləri
YRedaktə
- Yaxşı adamın dalınca yaxşı söz də gəzər, yaman söz də. Monqol atalar sözləri
- Yaxşı adamla savaşma, pis adama yanaşma. Monqol atalar sözləri