Ailə həyatında zaman-zaman dava-dalaş olmalıdır. Çünki insanlar yalnız bu halda bir-birlərini başa düşərlər.
Ağıl və vicdan öz hüquqlarından məhrum edilə bilməz. Onlara böhtan atmaq olar, ancaq onları aldatmaq olmaz.
Ağıllı adam axmaqlıq edərsə, onda bu, hər halda çox böyük axmaqlıq olar.
Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar.
Alicənab davranış ürəyin dərinliyindən böyüyür.
Alicənab insan yetişməyini dar bir çevrəyə borclu ola bilməz. Həm yaşadığı ölkə, həm dünya onu təsirləndirməlidir. Həm şöhrətə, həm də tənqidə dözə bilməlidir. Həm özünü, həm də başqalarını tanımaq məcburiyyətində olmalıdır. Tənhalığın şirin sərxoşluğuna aldanmamalıdır.
Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyayaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur.
Ana, ata yaxşı tərbiyə Almışlarsa, uşaqlar da tərbiyəli olar.
Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar.
Arzularımız bizdən əsl istədiyimiz şeyi belə gizlədir. [1]
Aşiq olmadıqdan sonra qəlb nəyə yarayar?
Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur.
Azadlıq, ancaq azadlığını hər gün yenidən qazanan insana layiqdir.
Başqalarına xoşbəxtlik arzulamaq xoşbəxtliyin ən böyüyüdür.
Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir.
Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır.
Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər.
Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi.
Bir dəqiqələik zövq insana minlərcə dəqiqənin işgəncəsini unutdura bilər.
Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axar su boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heç bir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın.
Bir insanı tanımaq üçün nəyi gülünç saydığından daha yaxşı bir göstərici ola bilməz.
Bir kimsədə əzm və iradı olmasa, onun biliyi ölüdür. Biliyə həyat verən əzm və iradədir.
Bir millətin xüsusiyyəti onun zahirdəki davranışları ilə ortaya çıxır.
Bizdən daha yaxşı olmaq istəyirsənsə əziz dostum, səyahət edin.
Bizim sevdiyimiz bizi yaradır və bizə forma verir.
Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər.
Böyük insanlar dağa bənzəyir: yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir: yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır.
Böyük sevinci yalnız zəhmətlə qazanmaq olar.
Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır.
Bu dünya həssas qəlblilər üçün bir cəhənnəmdir...
Bu dünyada coşqun və fəal nadandan qorxulu heç nə yoxdur.
Bütün atalar övladlarının özlərinin edə bilmədiklərini yerinə yetirməsini istəyirlər.
Bütün diqqətiniz özünüzdədirsə, xoşbəxtliyi zəmanət altına aldınız deməkdir.
Bütün qanunlar qocalar və kişilər tərəfindən yaradılıb. Gənclər və qadınlar kənara çıxmalar, qocalar qaydalar axtarır.
Xeyirxahlar bilmir ki, oxumağı öyrənmək adamdan nə qədər vaxt və səy tələb edir. Mən buna səksən il sərf etmişəm və hələ indi də məqsədə çatdığımı deyə bilmərəm.
Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil.
Xəyal gücü necə də gözəl bir ilahi hədiyyədir.
Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar.
Xırda işlərin arasında özün də xırdalanırsan. Böyük işlərlə məşğul olanda böyüməyə başlayırsan.
İdealı inkar edən adam ola bilər ki, kobud bir şeyi gözəl hesab etsin.
İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinə qanad verdiyi kimi, musiqi də duyğulara qanad verir.
İnanc həyatın gücüdür.
İnsan ancaq anladığı şeyi eşidər.
İnsan, atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman hiss edər.
İnsan bir şeyi sevmədən anlaya bilməz.
İnsan əvvəlcə sevməsə, nəyisə başa düşə bilməz.
İnsan haqqında onun düşüncələrindən daha çox, arzuları əsasında az-çox dəqiq fikir yürütmək mümkündür.
İnsan həyatı boyunca birini sevər. Əvvəlki və sonrakılar; Bir axtarış, qaçış ya da aldanışdır.
İnsan məcbur olduğu üçün (ciddi olaraq) ən yüksək çatmağa cəhd göstərirsə və istəyəndə də (zarafat olsun deyə) ən aşağıya enirsə, ancaq o vaxt çox yönlüdür.
İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Allah da ona yardım edər.
İnsan özünü yalnız insanda tanıyar.
İnsan ürəyində həqiqi alicənablıq var: o sevə bilir.
İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə bunu çox az adam görə bilir.
İnsanı, özünün düşünmə və hiss etmə tərzi yaranmadan, xarici şərtlərin təsiri ilə, vəziyyətində baş verən böyük dəyişiklik qədər təhlükə qarşısında qoya biləcək başqa bir şey ola bilməz.
İnsanın biliyi artdıqca, narahatlığı da artar.
İnsanın ədaları onun portretini əks etdirən güzgüdür.
İnsanın nəyə sahib olduğuna dəyər verərəm; amma nə edib - nə bacardığına daha böyük dəyər verərəm.
İnsanın özü-özünə verə biləcəyi ən böyük mədəniyyət başqalarının onu axtarmadığından əmin olmaqdır.
İnsanın təhsili üçün nəsə nəsə etmək istəyirsinizsə, onun təhsil və istəklərinin hansı yöndə olduğuna baxmaq lazımdır. Sonra onun seçimlərini qane edəcək, istəklərinə uyğunlaşacaq vəziyyətə gətirmək lazımdır. Beləcə, insanın səhv etmə ehtimalı varsa, vaxtında səhvinin fərqinə varsın. Və ya istəklərinə uyğun ixtisasa yiyələnibsə, ona daha da həvəslə bağlansın və daha əzmlə çalışsın.
İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər.
İnsanlara olduqları kimi rəftar etsək, onları daha pis edərik. Əgər onları olmaları lazım olduğu kimi ələ alsaq, ola biləcəkləri qədər yaxşı edərik.
İnsanlar öncə pul qazanmaq üçün sağlamlıqlarını sərf edirlər, sonra da sağlamlıqlarını qorumaq üçün pullarını xərcləyirlər.
İnsanların nə qədər pis olduğunu görmək məni heç çaşdırmır, lakin buna görə heç utanmadıqlarını da görəndə heyrətlər içində qalıram...
İstedad sakitlik zamanı, xarakter isə yalnız həyat axınında yaranır.[4]
İstedad şərtidir. Onun bacarığa çevrilməsi lazımdır. Əslində, bu, istənilən təhsilin əsas məqsədidir.
İstəklərimiz içimizdə yatan qabiliyyətlərimizin bir elçisidir.
İşini fikirləri ilə, fikirlərini işləri ilə yoxlamağa adət etmiş adam səhv etməz. Səhv etsə də yenə o tezliklə həqiqət yolunu tapar.
Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində.
Qardaşlarımı tanrı yaratdı, amma dostlarımı mən tapdım.
Qarşılaşdığımız hər şey bizdə müəyyən izlər qoyur. Hər şey biz fərqinə varmasaq belə, dünya görüşümüzə təsir edir. Ancaq bunlarla hesablaşmaq yenə də təhlükəlidir.
Qartal havada havaya, zirvədə zirvəyə öyrəşir.
Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər!
Qəlb bədbəxtliyi bəlkə də gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir.
Qəlb nə doldursa, dodaqlardan da o tökülər..
Qəlbini açdıqlarına dodaqlarını qapama.
Qəlblərin geniş olduğu yerdə ev dar gəlməz.
Qərarsızlıq ən böyük xəstəlikdir.
Qəzəb üçün nəticənin elə bir əhəmiyyəti yoxdur, o, yalnız səbəb axtarır.
Qızıla tutulan günah, ən sərt hakimləri də silahını sındırır.
Qorxaq təhlükədən uzaqlaşandan sonra hədə-qorxu gələr.[5]
Qorxu ilə təhlükə iki ayrılmaz dostdur.
Qüvvələrini səpələməkdən ehtiyatlan, daim onları toplamağa çalış. Dahi zənn edir ki, başqalarının edə bildikləri hər şeyi edə bilir, lakin o, tam aydındır ki, hər ədalətsiz mülahizəsi ilə bağlı peşmançılıq çəkməli olacaq.
Lazım olanda məktəblərimiz var, liseylərimiz, hətta dünyaca məşhur universitetlərimiz var. Ancaq insanın və onun xarakterinin yetişməsi üçün heç nəyimiz yoxdur. Ona görə çoxumuz bu qədər xaraktersizik.
Öz bildiklərini başqalarına öyrət, başqalarının bildiklərini də özün öyrən.
Özü haqqında çox da yüksək fikirdə olmayan insan özünün hesab etdiyindən də yaxşıdır.
Özündənrazı yazıçılar müraciət etdikləri mövzulara sanki onlardan əvvəl heç kəsin toxunmadığı mövzuya baxan kimi baxırlar.
Özünə hökm etməyən xidmətçi qalar.
Özünü ağıllı kimi göstərən axmaqdan daha təhlükəli adam yoxdur.
Özünü bəyənməyən gənc özünü necə yetişdirə bilər? Bomboş təbiət, heç olmasa, özünə xarici görünüş verməyi bacaracaq. Çalışqan insan da, az sonra, xaricdən daxilə doğru özünü yetişdirməyi bacaracaq.
Özünü tanıyırsan? Özümü bilsəydim, qaçardım.
Özünün əfəndisi olmaq istəyən şəxs, özünə hakim olmağı bacarmalıdır.
Poeziya dərdin anasıdır; hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır.
Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır.
Pulunu itirdin, heç bir şey itirmədin. Çalışıb qazanarsan. Qürurunu itirdin, çox şey itirdin, amma onu da çalışıb qazana bilərsən. Lakin ümidini itirsən, həyatdakı hər şeyini itirərsən.
Savaşan iki kəsdən ağıllı olanın təqsiri daha çoxdur.
Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər.
Sevgi imkansız olan bir çox şeyi mümkün edər.
Sevgi ideal şeydir, ər-arvadlıq real; realı idealı qarışdırmaq heç vaxt cəzasız keçmir.
Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur.
Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir.
Sevimlinin obrazı qocalmır... axı hər an – onun doğulduğu saatdır.
Səhvi tapmaq həqiqəti tapmaqdan qat-qat asandır. Çünki səhv lap üzdə olur və onu dərhal sezə bilərsən, həqiqət isə həmişə dərindədir və onu tapmaq hər adamın hünəri deyil.
Səhvlər dənizinə basdırıldığı halda, ümidlə gözləyə bilən insan nə talehlidir...
Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır.
Tarixin bizə verdiyi ən yaxşı şey onun oyatdığı həvəsdir.
Təbiət hər səhifəsi məna dolu bir kitabdır.
Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir.
Təbiət jestləri anlamır. O daimi həqiqətdir, daim kəskindir Daim haqlıdır və səhvlər yalnız insanlar tərəfindən törədilir. Onu olduğu kimi qəbul etməyənə nifrət edir və öz sirrini yalnız cəsarətli, səmimi və düzgün olanlara açır.
Təbiətin ən böyük möcüzəsi anadır.
Təbiətin yaratdıqlarından ən һeyrətamizi–insan şəxsiyyətidir.
Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır.[7]
Tək tərəfli olmamaq üçün insan öz sahəsinə uyğun olmayan şeylərlə də maraqlanmağı bacarmalıdır.
Tək tərəfli təhsil, təhsil deyil. Bir nöqtədən çıxmaq olar, amma müxtəlif yönlərə doğru getmək lazımdır.
Təkbaşına heç kim xoşbəxt ola bilməz, xoşbəxtlik ancaq başqaları ilə birgə əldə edilir.
Təkcə bilik azdır; onu tətbiq etmək lazımdır, istəmək azdır, fəaliyyət göstərmək lazımdır.
Təklik tək söz, söylənişi nə qədər asan. Halbuki yaşanması o qədər çətindir ki.
Təkliyə məğlub olmamaq üçün, tez-tez xəyallar qurular, amma əslində nəyin xəyalını qurursan qur, təklik hər xəyalın sonudur.
Təvazökarlıq yolunu tutanın qarşısında bütün yollar açılar.
Təzyiq və şiddət təklikdən doğulur, xarakter dünyanın fırtınaları və dalğaları arasında şəkil alır.