Zəlimxan Yaqub
Zəlimxan Yaqub (azərb. Yaqubov Zəlimxan Yusif oğlu; d. 21 yanvar, 1950. Gürcüstan, Bolnisi rayonu, Kəpənəkçi – ö. 9 yanvar, 2016. Bakı, Azərbaycan) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005)
Zəlimxan Yaqub | |||
Doğum tarixi | 21 yanvar 1950 | ||
Doğum yeri | Kəpənəkçi | ||
Vəfat tarixi | 9 yanvar 2016 | ||
Vəfat yeri | Bakı | ||
Dəfn yeri | Fəxri Xiyaban | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağlın genişliyi, qəlbin səsidir,
Varlığın ən böyük xəritəsidir.
B
redaktə- Başçıda baş olanda baxtımıza gün düşər,
Başçı başsız olanda baxtımız düyün düşər. - Bil deyirdin, bilmək üçün gəlmişəm,
Gör deyirdin, görmək üçün gəlmişəm,
Bu dərgahda canı ruha tapşırıb.
Bu dərgahda ölmək üçün gəlmişəm. - Böyüksüz ocağın, böyüksüz evin,
Təməli dağılar, özülü laxlar. - Bu dünya budursa, gördük, tanıdıq,
Hər cür meyvəsini dərdik, tanıdıq.
Köçünü dağlara sürdük, tanıdıq,
Gəl gedək, gəl gedək, gəl gedək, lələ!.. - Bu yola qovuşmur hər yoldan ötən,
Bu yolun seçilmiş elçiləri var.
Girişdən çıxışa uca dərgahın,
Dəqiq nizamları, ölçüləri var.
Ç
redaktə- Çatıb həqiqətinə haqqını almaq üçün.
Düşmən bayrağını ayağa salmaq üçün.
Qalibiyyət hayqırıb, qələbə çalmaq üçün
Millətin xilas yolu bu gün savaşdan keçir.
D
redaktə- Dodaq var zəhərə döndərir balı,
Zəhəri bal edən dodaqlar da var.
Otuz beş yaşında el ağsaqqalı,
Altımış yaşında uşaqlar da var. - Dünya qədim bir kitab, oxunur varaq-varaq,
Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq?!
Ə
redaktə- Ən böyük hikməti təbiətdə gəz,
Olsa da yolları dolaşıq, çətin.
Yüz il yaşasan da, sirrini verməz,
Dilini bilməsən sən təbiətin!
H
redaktə- Hələ ki, cavanam, budur təsəlli,
Baxan saçımdakı qaradan bilir.
Yol hardan başlanıb, özümə bəlli,
Yol harda bitəcək? Yaradan bilir!
İ
redaktə- İnsanın insan üçün yamanlığı, pisliyi,
Pula, vara, dövlətə, şöhrətə hərisliyi
K
redaktə- Kim qarnının quludu, kim nəfsinin əsiri,
Küçələrin tozudu, ayaqların həsiri.
N
redaktə- Nə toxa bel bağla, nə aca söykən,
Nə şaha arxalan, nə taca söykən,
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
O
redaktə- Otum bitib suyum axmaz dünyada
Düçar olsam nifrətinə bu xalqın.
Ö
redaktə- Ömrüm boyu pərəstiş etdiyim şəxslər müəllimlər, bir də kitabxanaçılar olub.[1]
S
redaktə- Sevgisiz, ilhamsız, sözsüz, nəğməsiz,
Şairin bircə gün həyatı yoxdur. - Söz güllə, söz mərmi, söz qurşun gərək,
Söz müllət, söz ordu, söz qoşun gərək.
T
redaktə- Türk övladı əyilməz nə krala, nə şaha,
Türk övladı əyilməz nə zora, nə silaha.
U
redaktə- Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.
Ü
redaktə- Ürəyində buz yaşamaq — faciə,
Yarasında duz yaşamaq — faciə,
Çox yaşamaq, az yaşamaq — faciə,
Mən zamanı zamanında yaşadım.
Haqqında sitatlar
redaktə- Zəlimxan Yaqubun mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləri poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul edilmişdir. Onun ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incəliklərini dərindən bilməsi şeirlərinin bədii siqlətini daha da artırır. Şair Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmışdır. Heydər Əliyev
- Zəlimxan Yaqub Azərbaycanın, ümumən Türk dünyasının dünyaya bəxş etdiyi böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın energisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı. Nizami Cəfərov, akademik
- Xalqına gözəgörünməz tellərlə bağlı olan, xalq ruhu ilə qaynaqlanan, bu ruhla pərvəriş tapan qələm sahibi özü hiss etmədən xalqın ruhuna köklənir və yazıları da bu ahəngin süzüntüsünə çevrilir. Zəlimxanın qələmindən çıxan irili-xırdalı bütün şeirləri bu ahəngdən doğur. Bəxtiyar Vahabzadə
- Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor –koranə təqlid və təkrarı deyildir. Osman Sarıvəlli
- Zəlimxan Yaqub folklorla nəfəs alır. Bu qabiliyyət xalqın güzəranına, məişətinə, etnoqrafiyasına dərindən bələd olmaq və bunları öz içində yaşatmaq, həmin xalqın dilini, psixologiyasını ən incə məqamlarına, ən zərif çalarlarınacan mənimsəmək, hiss etmək deməkdir. Elçin, Xalq yazçısı
- Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlib ki, şeir- sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir. Hüseyn Arif, şair
- Zəlimxanın yaradıcılığı mənim türkcəmin çox doğma sözlərindən, duyğularından hörülüb ki, bu duyğuların, sözlərin minlərlə yaşı var… Mövlud Süleymanlı, Xalq yazıçısı