Sərraf Şiruyə

şair
(Şiruyə Həsənoğlu səhifəsindən yönləndirilmişdir)

Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (azərb. Hacıyev Şiruyə Həsən oğlu‎; d. 11 sentyabr, 1942, Daşkənd, Basarkeçər rayonu, Göyçə mahalı, Ermənistan SSR, SSRİ – ö. 8 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H.B.Zərdabi" mükafatları laureatı.

Sərraf Şiruyə
Tam adı Hacıyev Şiruyə Həsən oğlu‎
Doğum tarixi 1942
Doğum yeri Daşkənd, Basarkeçər rayonu, Göyçə mahalı, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 2015
Vəfat yeri Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan
Dəfn yeri Yeni Daşkənd
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bürüsə də gülü alaq,
    Qoxusuyla səs salacaq.
  • Sevirəm deyən kimsəyə, sevmə demək cinayətdi,
    Sevən kəsə biganəlik − xəyanətdi, xəyanətdi.

Haqqında deyilənlər

redaktə
  • Alqayıt → Hər dəfə şair dostum, tələbə yoldaşım Şiruyəni görəndə bir Göyçə ömrü yaşayıram.[1]
  • Zəlimxan Yaqub → Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.
  • Qara Namazov → Sərraf Şiruyə xalqın yaddaşına hopmuş elə şairlərdəndir ki, əsrlər keçsə də onun adı, əsərləri heç zaman saz-söz sevərlərin ürəyindən silinən deyil. Hələ Sovet hökumətinin qılıncının dalının, qabağının kəsakəs vaxtında Şiruyənin şeirləri elin, obanın dilinin əzbəriydi. O şeirləri ki, Sovet hökumətinin qayda-qanunlarını tənqid edir, astar üzünü açıb ortaya qoyurdu. …Tənqidi şeirlərinin qaladığı ocağın "tüstüsünə" kor olub Şiruyə uzun illər bir balaca kitaba həsrət qaldı. Ancaq əsil həqiqət budur ki, Şiruyənin heç bir kitabı çap olunmasa da, rəsmi mükafat, titul almasa da o dövrün çox ordenli şairlərindən populyar idi. Necə ki, bu gün də populyardı. Hansı poeziya məclisinə, el şənliyinə getsək orada Sərraf Şiruyənin şeirləri xanəndələr, aşıqlar tərəfindən ifa olunur, məclisləri rövnəqləndirir.
  • Hüseyn İsmayılov → Sərraf Şiruyənin şeirləri göstərir ki, onun özünəməxsus poetik üslubu xalq şeirinin bütün mükəmməl ənənələrini özündə birləşdirir və öz poetik impulslarını, gücünü, qüdrətini xalqımızın poetik düşüncə strukturu, mənəvi dəyərlərimiz, yurdun gözəllikləri, vətən və millət sevgisindən alır. Şair xalqın güzəranına, ruhuna və ana dilinin incəliklərinə dərindən bələddir.

Xarici keçidlər

redaktə
  1. Alqayıt, "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011. səh.6.