Zeynalabdin Şirvani
Zeynalabdin Şirvani - Azərbaycan coğrafiyaşünası və səyyahı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıl insan üçün ən gözəl zinətdir.
- Ağıl insan üçün möhkəm bünövrədir.
- Ağıl mülkünə sahib olan şəxs dünyanı olduğu kimi görür.
- Ağıl sahibi olan hər hansı bir şəxs bütün eyiblərdən uzaq olur.
DRedaktə
- Dost, dost, yenə dost sədaqətin cövhəridir.
ERedaktə
- Elm işıq, elmsizlik isə qaranlıqdır.
QRedaktə
- Qəlb sirrini öz qəlbindən başqa kimsəyə demə.
- Qənaətin qədrini bilməyən heç nə əldə edə bilməz.
SRedaktə
- Səbr ağlın xəzinəsidir.
- Səndən soruşmayana qədər özündən danışma.
- Sənə iki qulaq, bir dil verilmişdir. Yəni iki eşit, bir danış. [1]
İstinadlarRedaktə
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.75