İmadəddin Nəsimi

Azərbaycan şairi

İmadəddin Nəsimi (tam adı: Seyid Əli ibn Seyid Məhəmməd; d. 1369, Şamaxı – 1417, Hələb, Suriya) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.

İmadəddin Nəsimi
Doğum tarixi 1369
Doğum yeri Şamaxı
Vəfat tarixi 1417
Vəfat yeri Hələb, Suriya
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ayrılıq əziyyətini görməyənin, eşq bəlası çəkməyənin dərdi dərmansızdır.[1]
  • Ayrılıq dərdindən o qədər zəiflədim ki, nəqqaşlar belə surətimi xəyallarına gətirə bilməzlər.
  • Cahanda zalımlıqları ilə məşhur olan Şəddad Nəmrudun belə etmədiyi bir zülmü mənə ayrılıq etdi. [2]
  • Dünya duracaq yer deyil, ey can, səfər eylə,[3]
  • Əfsun və əfsanələrlə kimsə həqiqi insan rütbəsinə yüksələ bilməz.
  • Məndə sığar iki cahan, mən bu cahanə sığmazam.
  • Ömür səmum küləyidir, sərvət, dövlət toza bənzər.
  • Tərbiyə böyük aləmdə, kiçik aləm olan insanı fəaliyyətə hazırlayır, özünə özünü tanıdır. Bütün maddi və mənəvi aləmi özündə birləşdirən “mən”ini inkişaf etdirir və haqqa qovuşdurmuş olur.
  • Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
    Gör bu gerçək aşıqı sərpa soyarlar ağrımaz.

İmadəddin Nəsimi haqqında sitatlar

redaktə
  • Böyük Azərbaycan şairi, Yaxın Şərq poeziyasının klassiki İmadəddin Nəsiminin anadan olmasının altı yüz illiyi Şərq və Qərb xalqlarının mədəni həyatında diqqətəlayiq hadisədir. Bu gün qədirbilən nəsillər doğma poeziyanın fəxri olan, nəcib təsiri vətənindən uzaqlara yayılmış, adı ölməz adlar sırasında çəkilən, bir çox xalq tərəfindən öyrənilən və qiymətləndirilən böyük sənətkarlarını daha tez-tez yad edirlər.
    • Nikolay Tixonov, rus yazıçısı
  • Cordano Bruno Qərb dünyasının Nəsimisi sayılmaqla fəxr edə bilər... Dahi Nəsimi şahlar, soltanlar, xaqanlar dövründə, cəhalət zülmətində, ictimai ədalətsizlik hökm sürən bir zamanda Ghjmetey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım təki şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb, nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq. Nəsiminin dərin mənalı, diqqətəşayan sözlərini oxuduqda heyrətlənməmək, qürur, fərəh duymamaq olmur.
    • Cozef Nort, ABŞ-ın görkəmli jurnalisti və publisisti
  • İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. İlham Əliyev
  • Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. - Ziya Bünyadov[4]
  • Nəsiminin yubileyini yüksək səviyyədə hazırlamaq və keçirmək bütün ictimaiyyətimizin borcudur. Biz şübhə etmirik ki, bu hadisə Sovet ədəbiyyatlarının əlaqələrinin daha da inkişaf etməsinə, Azərbaycan və qardaş respublikaların yazıçıları arasında yaradıcı əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaqdır. Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinətanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur. Heydər Əliyev

Mənbə

redaktə
  • İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, 1985

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.128
  2. Aforizmlər. Bakı, 2013. səh.18
  3. Aldanma anın alinə, andan həzər həzər eylə.
  4. Akademik Ziya Bünyadovun fərziyyəsi: "Nəsimini diri-diri soymayıblar”