Çalağan
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
redaktə- Çala-çala çalağan olar. Azərbaycan atalar sözləri/Ç
- Çalağan göydə dolanır, cücənin ürəyi bulanır. Azərbaycan atalar sözləri/Ç
S
redaktə- Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
T
redaktə- Tərlan yerin çalağan tutmaz. Azərbaycan atalar sözləri/T