Azərbaycan atalar sözləri/Ç
←C | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
D→ |
Həmçinin baxın: Haqqında • |
- Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
- Çağırılmamış qonağı köpəklər qarşılar.
- Çağıraram – eldən ayıb, çağırmaram – it itdi.
- Çax-çax edən nalçadır, iş bitirən axçadır.
- Çaxırı lala versən, lal dil açar.
- Çaqqal güləndə toyuq qaqqıldar.
- Çaqqal var gödən çıxarır, yenə ayaqları yalındır.
- Çaqqal yuvasında toyuq qaqqıldayar.
- Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır.
- Çaqqalın yuxusuna toyuq gələr.
- Çala-çala çalağan olar.
- Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
- Çalış ki, dostun olsun, düşman ocaq başında.
- Çalışqan əl nəyə dəysə qızıl olar.
- Çamura daş atma, üzünə sıçrar.
- Çanaxda balın olsun, Yəməndən arı gələr.
- Çanağında bal olsun, arısı gələr Bağdaddan. [1]
- Çapqınçı ol, insafı əldən vermə.
- Çarəsiz dərdə Loğman da acizdir.
- Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
- Çarvadara yol göstərməzlər.
- Çay bir olar, çeşmə min.
- Çay görməmiş çırmanır.
- Çaya çatmamış çarığını çıxarma.
- Çayın daşı, çölün quşu.
- Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb yenə atamın vətənini itirmədim.
- Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı.
- Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi.
- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
- Çəkişməsən bərkiməzsən.
- Çəltik xatirinə suluflar da su içər.
- Çənginin qazandığı ənliyə, kirşana gedər.
- Çətinliyə düşməyən rahatlığın qədrini bilməz.
- Çıxan ay doğuşundan bəllidir.
- Çıxan can geri dönməz.
- Çıxmayan cana umud çoxdur.
- Çıraq keçənə yaxın çox işıq verər.
- Çıraq öz dibinə işıq salmaz.
- Çibin qana yığılar.
- Çirkaba daş atma, üstünə sıçrar.
- Çirkin bəzənincə toy keçər.
- Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
- Çirkinim, gözlə, gedim gözəl axtarım, tapmadım gözəlimsən ki, gözəlim.
- Çirkinliyin Allahdan, üz yumamağın nədən?
- Çiy süd əmənə etibar yoxdur.
- Çoban çox olanda qoyunu qurd yeyər.
- Çoban köpəyi kimi nə yeyər, nə yedirdər.
- Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
- Çobanı özündən olanın qoyunu dişi doğar.
- Çobanın könlü olsa, təkədən pendir tutar.
- Çobanın yağı çox olanda çarığına sürtər.
- Çobansız sürü yolu azar.
- Çox aş ya qarın ağrıdar, ya baş.
- Çox aşna tutan aşnasız qalar.
- Çox bilən çox çəkər.
- Çox bilən quş dimdiyindən tələyə düşər.
- Çox bilib az danışmaq igidin ləngəridir.
- Çox bilmək lazımdır ki, az bildiyini bilə biləsən.
- Çox danışan çox yanılar.
- Çox görən çox istər, az görənin yadına da düşməz.
- Çox gülən çox da ağlar.
- Çox hürən it tutmaz.
- Çox istəyən azdan da olar.
- Çox öyünmə tat qızı, pendirindən qıl çıxır.
- Çox yaşayan çox bilməz, çox yer gəzən çox bilər.
- Çox yemək adamı az yeməkdən də qoyar.
- Çox yemək heyvan işidir.
- Çoxluğa daş atılmaz.
- Çolaq koru görəndə öz halına şükr elər.
- Çömçə tutan sənə sarıdır.
- Çörək açanı qılınc açmaz.
- Çörək baha olanda ölüm ucuz olar.
- Çörək basan ayağa düşər.
- Çörək tapmaz yeməgə, turp axtarar gəgirməgə.
- Çörəksiz ev olmaz, köpəksiz kənd.
- Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər.
- Çörəyi dizində olandan uzaq.
- Çörəyi torpaqdan al, özgənin ağzından yox.
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
- Çörəyin tək yeyən yükün özü çəkər.
- Çör-çöplə yanan ocağın istisi olmaz.
- Çubuğu vaxtkən əyməsən, böyüyəndə əyilməz.
- Çuvala girməyən canım dağarcığa girib.
- Çuvallar doldu, dağarcıqlar dolmaz.
- Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu.
- Çürük taxta mıx götürməz.
İstinadlar
redaktə- ↑ Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.670.