Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bugündür.
Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.
Ağıllı adam dəlini danlamaz.
Ağıllı adama elm xoşbəxtlik verər, axmağa isə bədbəxtlik.
Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.
Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır.
Ağız yeyəndə mədənin də fikrini soruşmalıdır.
Axmaq adamın xöşbəxtliyi də axmaq olur.
Allahın var olduğunu isbat etməyin lazım olduğunu düşünürsünüz? Günəşi görmək üçün əvvəlcə bir məşəl yandırmaq lazımdır?
Arxanca danışırlarsa deməli sən qabaqdasan.
Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
Ata yəhərinə görə qiymət biçmə.
Ayağın büdrəyib yıxıldınsa, yolunu dəyişmə.
Az toyuq az yumurta, çox toyuq çox yumurta.
Azlığa dözümsüz olsan, bolluqdan olarsan.
Batan günəş kimi qaranlıq deyil, doğan günəş kimi işıqlı ol!
Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.
Bəla sürüsüylə gəlir
Bir dəfə aslanın belinə mindinsə enmək çətindir.
Bir nəfərdən şübhələnirsənsə onu işə götürmə, işə götürürsənsə ondan şübhələnmə.
Birinin ağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə.
Böyük insanların iradələri, zəiflərin isə ümidləri vardır.
Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər.
Çox danışan çox səhv buraxar.
Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin.
Çox mal göz çıxarmaz amma çox mal cəhənnəmə kötükdür.
Çox yesən ləzzət azalar, az yesən ləzzət çoxalar.
Çöhrəsində təbəssüm olmayan adam dükan açmamalıdır.
Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir.
Dərdli olmanın sirri, dərdli olub olmadığımızı düşünəcək qədər boş vaxta sahib olmağımızdır.
Dərin olan quyu deyil, qısa olan ipdir.
Divar inşa edildikdən sonra divarçı unudular.
Dostların alnındakı milçəyi balta ilə qovma!
Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!
Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.
Düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma.
Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür.[1]
Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at.
Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmağa çalışırlar.
Eyni yastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil.
Əgər istedadın varsa, bəxtinin gətirməyəcəyinə inanma.
Əgər sən düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma.
Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz.
Əsəbi ikən heç vaxt məktub yazma.
Əsəbi vaxtı bir an səbrli olsan, yüz günlük peşmanlıqdan qurtararsan.
Ən yaxşı döyüş baş tutmayan döyüşdür.
Ən iti qılıncı cəsur əsgərə verirlər.
Güclülər maneələri, müdriklər bütün yolu keçər.
Gülümsəməyi bacarmayandan tacir çıxmaz.
Gülümsəməyi bilməyən dükan açmamalıdır.
Gülüş dolu koma darıxdırıcı saraylardan daha zəngindir.
Günəşin doğuşundan batışına qədər tələsik iş edənlər uzun yaşamazlar.
Hakim canidirsə, vay o qanunların halına.
Heç bir gəmi bizi kitab qədər uzağa apara bilməz.
Heç kim boğulma ehtimalı üzündən yeməyi rədd etməz.
Heç kim səyahətdən getdiyi kimi qayıtmır.
Xəncər kimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol.
İçkini tərk etmək istəyirsənsə, sərxoşa bax.
İndi kim olduğunu bilmək istəyirsənsə, keçmişdə kim olduğunu öyrən: nə olacağını bilmək istəyirsənsə, nə etdiyini öyrən.
İnsan hər kitabdan yeni bir şey öyrənir.
İstiqamətsiz üzənlərə əsən külək kömək etməz.
İtin ağzından fil dişi tapa bilməzsən.
İzah etsəniz unudaram, göstərsəniz xatırlayaram, etdirsəniz anlayaram.
Kiçik yaxşılıqları unutma, kiçik səhvləri unut.
Kitablar insanların yolunu işıqlandırır.
Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.
Küncə qısılanda dovşan da sizi dişləyər.
Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar.
Qardaşlar ortaq işləsə dağlar qızıldan olar.
Qayğılar həll olunana qədər onlar barəsində nikbin düşün.
Qisas almağa başlamazdan əvvəl iki qəbir qaz.
Qızarmış ördəyin ağzına gələcəyini gözləyən çox gözləyər.
Qopan bir ipə sıx bir düyün təyin etsəniz, ipin ən möhkəm yeri artıq bu düyündür. Amma ipə hər toxunuşunuzda canınızı ağrıdan tək nöqtə yenə o düyündür…
Qurduğumuz ən böyük həbsxana içimizdədir.
Ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında sərtdir. [2]
Meşədə də yaşasan ağacın qədrini bil.
Min kilometrlik bir səyahət ilk addımla başlar.
Möhkəm iradə olan yerdə dağ zəmiyə çevrilər.[3]
Nə qədər dönsən dön, qıç yenə arxandadır.
Oturaraq edə biləcəyin heç bir şeyi ayaqüstə, ayaqüstə edə biləcəyin heç bir şeyi oturaraq etmə.
Oyun oynamaq fikrindəsənsə oyunun qaydalarını, hissələri, bitmə vaxtını öncədən müəyyən et.
Önündən atılan nizədən qorunmaq asandır, nəinki arxandan atılan oxdan qorunmaq.
Pislik etməmisənsə, şeytanların qapını döyməyindən qorxma.
Planınız 1 illikdirsə - düyü əkin, 10 illikdirsə - ağac əkin, 100 illikdirsə - insanlara təhsil verin.
Sevgisiz insan cilalanmamış almaz kimidir.
Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır.
Sevilən insan sevgisini insanlara verən insandır.[4]
Təmənnalı dostluq möhkəm olmaz.
Uğursuzluq uğurdan daha çox şey öyrədir.
Uğurun yol-yoldaşı nizam-intizamdır.
Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir.
Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar.
Vaxt bütün qapıları səbirli insanların üzünə açır.
Yaxındakıları xoşbəxt et, uzaqdakılar gələcək.
Yaramaz adamın ürəyi xoşbəxtlik anlarında bərk, bədbəxtlik anlarında yumşaqdır:ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında bərkdir.
Yaşlısansa öyüd ver: gəncsənsə, yaşlıların öyüdlərini eşit.